Topçuda görüş-qəbul

5 aprel 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Topçu kəndində səyyar görüş-qəbul keçirib.
Görüşdə M.Sadıqov son günlər ön cəbhədə baş verən hadisələrə toxunub, ordumuzun əldə etdiyi qələbədən, Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin çıxışından bəhs edib. Respublikanın hər bir bölgəsində olduğu kimi İsmayıllıda da vətəndaşların səfərbərliyə hazır olduğunu qeyd edib.
Topçuda görüş-qəbul
Kəndin problemləri ilə tanış olduğunu bildirən rayon rəhbəri daha sonra sakinlərin müraciətlərini dinləyib. Görüşdə kəndin sosial problemi kimi təqdim olunan məsələlərlə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz