Tarixin qanlı səhifələri

31 Mart –“ Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə yazılıb. Bu münasibətlə İsmayıllı rayonunun Uşaq Kitabxanasında anım tədbiri keçirilib. Yığıncaqda 98 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlər bir daha ürək ağrısı ilə xatırlanıb. Soyqırım qurbanlarının xatirəsi yad edilib, onların ruhuna Allahdan rəhmət dilənib.
Tarixin qanlı səhifələri
Mərasim iştirakçıları soyqırımın xronologiyasına nəzər salıblar. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama müvafiq olaraq ölkəmizin və dünyanın hər yerində yaşayan azərbaycanlılar tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Tariximizin qanlı-qadalı səhifələri barədə məlumat verən natiqlər bildiriblər ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Lakin bütün bunlara baxmayaraq Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Sonda tariximizin qanlı səhifələrindən bəhs edən film nümayiş etdirilib.
İnqa Namazova

Şərh Yaz