Əsgərlərimizə dəstək aksiyası

Ordumuzun son günlərdə Qarabağ torpağında qazandığı uğurlar bütün Azərbaycan vətəndaşları kimi, qədim və zəngin tarixə malik Basqal qəsəbəsinin sakinlərini də qürurlandırmış, onların Vətən məhəbbəti hissini coşdurmuşdur.
Əsgərlərimizə dəstək aksiyası
Basqal həm də qəhrəmanlıq tarixi – özünün qəhrəman övladları ilə həmişə fəxr edir. Bu torpaq xalqımızın qəhrəmanlıq tarixinə Böyük Vətən Müharibəsi Qəhrəmanı Kamal Qasımov, partizan hərəkatının görkəmli iştirakçısı, İtaliyanın Milli Qəhrəmanı Məmməd Bağırov, Qarabağ müharibəsində şəhid olmuş Rəmzi Novruzov, İbrahim Hüseynov, Fəxrəddin Ağayev və digər övladları ilə fəxr edir. Təkcə İkinci Dünya müharibəsində 254 nəfər Basqallı qəhrəmancasına həlak olmuşdur.
7 aprel 2016-cı il tarixində Qarabağ müharibəsində şəhid olmuş Rəmzi Novruzovun adını daşıyan Basqal qəsəbə tam orta məktəbi və qəsəbə İcra nümayəndəliyinin birgə iştirakı ilə Qarabağdakı uğurlar münasibətilə ordumuza və əsgərlərimizə dəstək aksiyası təşkil olunmuşdur. Aksiyada ordumuzun uğurları, Ali Baş Komandirin ətrafında xalqımızın sıx birliyi haqqında çıxışlar olmuşdur. Qələbəyə səslənən mahnılar ifa olunmuş, şüarlar səslənmişdir.
Dəstək aksiyası şəhid məzarlarına yürüşlə başa çatmışdır.
Kamran Məlikzadə

Şərh Yaz