“Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə daha bir görüş keçirilib

Son illər İsmayıllıda ədəbi bir mühit formalaşıb, mənəvi sahəyə, yaradıcı insanlara rayon rəhbərliyi tərəfindən diqqət və qayğı gücləndirilib. Kitab müzakirələri, şair və yazıçılarla, elm adamları ilə görüşlər müntəzəm xarakter daşımaqla, gənclərin mənəvi və intellektual inkişafında əhəmiyyətli rol oynamağa əsas verib.
Martın 23-də Rayon Mədəniyyət Sarayında “Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə keçirilən növbəti görüş xarakteri və məzmunu etibarı ilə yaddaqalan olub.
 “Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə daha bir görüş keçirilib
Tədbiri rayonun ağsaqqal ziyalısı, vaxtilə rayon qəzetinə və təhsilinə rəhbərlik etmiş dövlət qulluğu veteranı Valeh Salehov açıb, sözü RİH-nin başçısı Mirdaməd Sadıqova verib. M.Sadıqov bu cür tədbirlərin inkişafına həmişə dəstək duracağını ifadə edib.
Şair Şahməmməd Dağlaroğlunun aparıcılığı ilə davam etdirilən görüşdə “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı və üzvləri şeirlərini oxuyublar.
Məclis üzvləri ilə görüşdə iştirak edən şair Maarif Soltan hələ 60-cı illərdən Musa Yaqubun təşəbbüsü və rəhbərliyi ilə həyata vəsiqə alan məclisin bu gün də yüksək səviyyədə fəaliyyəti barədə danışıb, özünün də vaxtilə bu ədəbi məclisin üzvü olduğunu qeyd edib, məclis üzvlərinə bir sıra tövsiyələr verib.
Tədbirin sonunda məclis üzvlərinə RİH başçısının hədiyyələri verilib, xatirə şəkli çəkilib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz