“İsmayıllı dağları”

Mövlud Teymurun imzası oxuculara yaxşı tanışdır. O, bədii yaradıcılığa 70-ci illərdən başlayıb. Şeirləri bir sıra qəzet və jurnallarda, ədəbi almanaxlarda dərc olunub. Bu kitab onun müəllifliyi ilə işıq üzü görmüş 14-cü kitabdır.
“İsmayıllı dağları”
Şair Vəli Xramçaylının redaktorluğu ilə çapa hazırlanmış bu kitab 488 səhifədən ibarətdir. Kitaba daxil edilən şeirlərdə Vətən, onun təbiətinin tərənnümü ön planda durur. Adından bəlli olduğu kimi, İsmayıllı təbiəti, onun zəhmətkeş insanları kitabda yetərincə vəsf edilir.
Bir qayda olaraq müəllif yeni kitabını da rayonun Mərkəzi kitabxanasına hədiyyə edib. M.Teymur yaradıcılığı ilə maraqlananlar şairin son kitabına daxil etdiyi şeirləri istədikləri vaxt əldə edib, oxuya bilərlər.
… Tükənməzdir gül-çiçəyi,
Maral gəzən biçənəyi.
Eləmişəm mən gözaltı,
Bir nərgizi, bir göyçəyi
İsmayıllı dağlarında!
Müşkül olub tez dönməyim,
Zirvələrdən lap enməyim.
Getsəm qalar bu ürəyim
İsmayıllı dağlarında!
İsmayıllı dağlarında!
Söz yox ki, kitab haqqında ən layiqli fikri oxucular deyəcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz