İsmayıllı komandası birinci olub

14 mart 2016-cı il tarixdə Şamaxı şəhərində “Xəmsə” milli intellektual oyunları üzrə VII Azərbaycan çempionatı çərçivəsində Dağlıq Şirvan üzrə zona mərhələsi keçirilib. 6 rayondan 8 komanda –“ İsmayıllının və Ucarın 2 komandası, Şamaxı, Kürdəmir, Qobustan, Ağsu rayonlarının hər birindən 1 komandanın iştirak etdiyi intellekt yarışı gərgin mübarizə şəraitində keçib.
İsmayıllı komandası birinci olub
Oyunun qaydalarına uyğun olaraq ən yüksək bal toplamış İsmayıllının “Babadağ” komandası I yerə, Ucarın komandası II yerə və Qobustanın komandası III yerə layiq görülüblər. Hər üç yerin qalibləri Respublika final mərhələsində iştirak etmək hüququ əldə edib. Qaliblər Şamaxı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
A.Manaflı

Şərh Yaz