İfalar alqışla qarşılanıb

15 mart 2016-cı il tarixində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində ilaxır çərşənbə – Novruz bayramı münasibəti ilə tədbir təşkil olunub. IV “A” sinif şagirdləri nümunəvi çıxışları ilə izləyənlərə xoş anlar yaşadıblar. Milli geyimli oğlan və qızlar səmənili, güllü-çiçəkli, xonçalı-şamlı, qədim adətlərimizi özündə əks etdirən simvollarla bəzədilmiş səhnəyə yaraşıq veribər. Kosa, Keçəl, Bahar qız iştirakçıları salamlayaraq yumurta döyüşdürüb, oyunlar keçiriblər.
İfalar alqışla qarşılanıb
Tədbir boyunca xalqımızın adət-ənənələri, Novruz bayramına xas olan haxışta, Dədə Qorqud xeyir-duası, səhnəciklər, mahnı və rəqslər uşaqların ifasında alqışla qarşılanıb. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini R.Ağayev, Rayon Təhsil Şöbəsinin nümayəndəsi S.İsmayılova, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.
Sonda qonaqlar öz çıxışlarında xalqımızı bayram münasibəti ilə təbrik edərək, məktəb rəhbərliyinə, sinif müəlliminə və şagirdlərə belə gözəl tədbiri təşkil etdiklərinə görə öz minnətdarlıqlarını bildiriblər.
Güllübəyim Lətifova,
Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz