Cüdo üzrə açıq dərs

1 mart 2016-cı il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Olimpiya-İdman Kompileksində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Cüdo idman növü üzrə açıq dərs keçirmişdir. Açıq dərsdə Gİİ-nin rəisi Taleh Salehov ölkədə, o cümlədən rayonumuzda idmanın səviyyəsi, idmana və idmançılara göstərilən diqqətdən danışıb. O bildirib ki, bayramlarımızın sırasına fəxrlə qatılan bu bayram prezident İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. Dövlət başçımız tərəfindən 2012-ci il “İdman ili” elan edilib.
Cüdo üzrə açıq dərs
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və bununla da idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.
Cüdo idman növü üzrə məşqçi, dərsin təşkilatçısı Əkbər Şəfaqətov bu sahədə qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən və rayonda idmanın inkişaf perspektivlərindən danışıb.
Taleh Məhərrəmov

Şərh Yaz