Səbr eyləsən asan olar hər müşkülün, ey dost,

Səbr eyləsən asan olar hər müşkülün, ey dost,
Əlbət yetişər vəslinə bülbül gülün, ey dost.
Səbr eyləsən asan olar hər müşkülün, ey dost,
Nuş eyləmə hər badəni ki, abi-həyatdır,
Əfsanədi bu, bəllidi son mənzilin, ey dost.

İdrak elə, “Allah” sözünü, şükr elə, zövq al,
Sərvət dadacaq, şükr elədikcə dilin, ey dost.

Bil qədrini ömrün, o, sənə bir daha gəlməz,
Qoy faydalı olsun hər ayın, hər ilin, ey dost.

Hərgah, ola düşmən sənə bir aqili-bəndə,
Yer alma yanında, yenə də, cahilin, ey dost.

Qəflət yuxusunda yatan insandan uzaq dur,
Г‡ün, dövrədən olmaz xəbəri, qafilin, ey dost.

Pərvanə kimi eşqini izhar et, alovlan,
Olsun Romanın dərdinə dərman külün, ey dost.
Roman

Şərh Yaz