Yaz gəlir

Yaz gəlir.
Onunla bərabər
Xəyalıma gəlir nənəmin
Yeddinci əsrdə toxuduğu xalça.
Yaz gəlir

Yaz gəlir.
Nə xoşdu mənzərələr,
Göz oxşayan tablolar min-min.
Yenə çiçək açıb heyətimizdə alça.

Güllərin açılmasını bayram edir arı,
Dərədə səsini artırıbdı sular.
Nə qədər xoşdur bunları
Görmək və duymaq.

Xalıda təsvir ediblər baharı,
Seyr etdikcə dilə gəlir arzular.
Gəzmək istəyirsən
Bu eli oymaq-oymaq.

Gör neçə xalımız talanıb
zaman-zaman,
Yurddan uzaq düşüb
nənəmin əl izləri,
Bir də başımız üstündə
Ruhu nigarandı,
Danışdıqca qəlbim yandı.

Uşaqlar qaçışırlar…
Ay can, ay can!
Şair də gülə bənzədir,
Ürəyindəki sözləri
Son toxunan xalımız –“
Г‡içəklənən Azərbaycan.
Şərqiyyə Balacanlı

Şərh Yaz