Sən mənim ömrümə qar kimi gəldin

Sən mənim qəlbimə qar kimi gəldin,
Getsən də ömrümdən təmiz get, gülüm.
Bu peşman ömrümün qəm notlarında,
Canımı sevdadan azad et, gülüm.

İlk yağan qar kimi soyuqsan, nədən,
Mən necə hiss edim yaz olduğunu?
Sənin ki, bu qədər gözəlliyin var,
“Bağışlamaq olar soyuqluğunu”.

Sən yoxsan

Baxışın qəlbimi ikiyə bölər,
Dünyanın işığı sönər gözümdə.
O gənclik illərim məzara dönər,
Tapmaram özümü özüm özümdə.

Sevgisiz yaşamaq ölümdən acı,
Getmisən, kəsilmir köksümün ahı.
Yox bu tənhalığın, dərdin əlacı,
Bir rəngdə görürəm gələn sabahı.
Ziyəddin Türksoy
Sən mənim qəlbimə qar kimi gəldin,
Getsən də ömrümdən təmiz get, gülüm.
Bu peşman ömrümün qəm notlarında,
Canımı sevdadan azad et, gülüm.

İlk yağan qar kimi soyuqsan, nədən,
Mən necə hiss edim yaz olduğunu?
Sənin ki, bu qədər gözəlliyin var,
“Bağışlamaq olar soyuqluğunu”.

Sən yoxsan

Baxışın qəlbimi ikiyə bölər,
Dünyanın işığı sönər gözümdə.
O gənclik illərim məzara dönər,
Tapmaram özümü özüm özümdə.

Sevgisiz yaşamaq ölümdən acı,
Getmisən, kəsilmir köksümün ahı.
Yox bu tənhalığın, dərdin əlacı,
Bir rəngdə görürəm gələn sabahı.
Ziyəddin Türksoy

Şərh Yaz