Diyallı kəndində görüş-qəbul

Diyallı kəndində görüş-qəbul Diyallı kənd inzibati ərazi dairəsi Diyallı, Sədiyan və Güyüm kəndlərini əhatə edir. Həmin kədlərdə yaşayan sakinlərlə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbul keçirib. Görüşdə başçı qarşıda duran, həlli vacib məsələlərdən, kəndin inkişafı üçün görüləcək tədbirlərdən, qaz, elektrik enerjisi və su təchizatının, kommunal xidmətlərin daha da yaxşılaşacağından, sahibkarlığın inkişafı üçün sakinlərin fəal mövqeyə gəlməsinin vacibliyindən danışıb.
RİH başçısı bildirib ki, kəndin ərazisində tikilən Velosiped zavodu və eləcədə tikiləcək digər istehsal müəssisələri rayonda, eləcə də Diyallı kəndində işsizliyin aradan qaldırılmasında, rayonun inkişafında mühüm rol oynayacaqdır.
Kənd sakinləri əhalinin sosial rifahının artırılması üçün yaradılan şəraitə görə təşəkkür edərək bildirdilər ki, onlar özləri də kənddə yeni təsərrüfatların, müəssisələrin yaradılması üçün müəyyən işlər görmək istəyirlər. RİH başçısı Mirdaməd Sadıqov ərzaq bolluğuna, faydalı əməyə istiqamətlənmiş təşəbbüslərin dəstəkləndiriləcəyini bildirərək, bu fikirdə olanlara məsləhətlərini verib. Deyilən istiqamətlər üzrə vətəndaşlara köməklik göstərilməsini aid sahə rəhbərlərinə tapşırıb.
Daha sonra sakinlər kəndin və özlərinin problemləri ilə bağlı RİH başçısına müraciət ediblər.
Г‡ıxışlardan bəlli olub ki, Diyallıda tibb məntəqəsinin, uşaq bağçasının, sürüşmə zonasında olan qəzalı evlərin əvəzinə yeni yaşayış evlərinin tikintisinə, 100-ə qədər yararsız hala düşmüş elektrik dirəyinin dəyişdirilməsinə, kəndin aşağı məhəlləsində subartezian quyusunun qazılmasına, 17 evin qazlaşdırılmasına, Sədiyan və Güyüm kəndlərinə qaz çəkilməsinə ehtiyac var.
RİH başçısı bütün müraciətləri diqqətlə dinləyib və qaldırılan məsələlərin həlli barədə aidiyyati üzrə tapşırıqlar verib.

Şərh Yaz