Faydalı əməklə məşğulluq vacib amildir

Faydalı əməklə məşğulluq  vacib amildir Rayon İcra Hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hacıhətəmli kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilib.
Öncə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir, respublikada və rayonda geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Dünyada iqtisadi böhran olduğu halda Azərbaycan dinamik inkişaf etməkdədir. Belə ki, yeni iş yerləri yaradılır, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Bunun bariz nümunəsini rayonumuzda gedən tikinti-quruculuq işlərinin timsalında da görmək olar.
Səyyar görüş-qəbulda vətəndaşlar görülən işlərə görə minnətdarlıqlarını bildirdilər. Bununla yanaşı problemlərin hər biri diqqətə çatdırılıb. Г‡ıxışlardan məlum olub ki, kəndə qazın verilməsi, subartezian quyusunun qazılması, su xəttinin təmir olunması, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, klub binasının tikintisi kimi vacib məsələlər həllini gözləyir. Bunlarla yanaşı, ərazidə aptek açılması, su anbarının təmir edilməsi, mərkəzi küçənin işıqlandırılması məsələsi də sadalanan problemlərin sırasındadır. Sakinlər göstərilən problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Başçı çıxış edənləri dinlədikdən sonra kənd sakinlərinin faydalı əməklə məşğulluğu məsələsi üzərində dayanıb və bu istiqamətdə geniş söhbət gedib. Mövcud problemlərin həllində faydalı əməklə məşğulluğun vacib amil olması qeyd olunub.
Rayon İcra Hakimiyyəti başçısı M.Sadıqov vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Şahməmməd Soltanov

Şərh Yaz