Yaddas kitabcasi

İkinci oldular

İkinci oldularRayon Şahmat məktəbinin şagirdləri tez-tez müxtəlif yarışlarda iştirak edirlər. 14-22 fevral 2016-cı tarixlərində şahmatçılarımız Balakən şəhərində Uşaq-Gənclər Şahmat Məktəbləri komandalarının respublika birinciliyinin zona yarışı keçirilmişdir. Həmin yarışda məktəbimizin komandası II yer tutaraq finala vəsiqə qazanmışdır.
***
18-22 fevral 2016-ci il tarixində rayonumuzun məktəbliləri arasında Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilmişdir. Yarış 6-10 və 12-16 yaş qrupları üzrə keçirilmişdir. Qaliblər rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin diplom və Fəxri fərmanları ilə mükafatlandırılmışlar.
Namiq Qasımov,
şahmat məktəbinin məşqçi-müəllimi

Şərh Yaz