Əsrin faciəsi

Əsrin faciəsi Fevral ayının 26-da Həşim Əsədov adına Vəng kənd tam orta məktəbində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şirxan Cəfərov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Məktəbin təşkilatı işlər üzrə direktor müavini Rövşən Ağayev və digər çıxış edənlər tədbir iştirakçılarına ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıblar. Xocalı soyqırımını 20-ci əsrin ağlasığmaz vəhşilikləri ilə cəzasız qalan hərbi cinayət olduğunu bildiriblər.
Sonda məktəblilərin ifasında, “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rusan Qasımov,
məktəbin müəllimi

Şərh Yaz