Yaddas kitabcasi

Г‡ətinlikləri birgə aradan qaldırmalıyıq

Rayonun ayrı-ayrı yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsi və əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun keçirdiyi səyyar görüş-qəbullar artıq ənənə halını alıb.
Günün vacib məsələlərinin həllinə xidmət edən görüş-qəbullardan biri yanvar ayının 13-də rayonun Qalınçaq kəndində keçirilib.
Г‡ətinlikləri birgə aradan qaldırmalıyıq
Ölkədəki, rayondakı sosial durum, görülən işlər barədə qısa məlumat verən M.Sadıqov qarşıda duran vəzifələrdən danışıb. Vətəndaşların narahatçılığına səbəb olan iqtisadi durumla əlaqədar sakinləri səbir və dözümlülük nümayiş etdirməyə çağırıb. O, bildirib ki, vətəndaşlar hazırkı vəziyyətdə çətinlikləri aradan qaldırmaq üçün əməyə olan fərdi münasibətləri ilə dövlətə dəstək olmalı, ərzaq bolluğu yaratmaq işində fəallıq nümayiş etdirməlidirlər. Bir sözlə, vətəndaş-dövlət birliyi məhz belə anlarda özünü göstərməli, çətinlikləri birgə aradan qaldırmalıyıq.
Başçı süni qiymət artımından yararlanmaq istəyənlər barədə inzibati qaydada ciddi tədbirlər görüləcəyini də diqqətə çatdırıb.
Г‡ətinlikləri birgə aradan qaldırmalıyıq
Təqdirəlayiq haldır ki, ərazidəki problemlərin öyrənilməsi üçün görüş öncəsi sakinlərin rəy və təklifləri ümumiləşdirilmiş halda başçıya təqdim olunur. Bu da keçirilən görüşlərin səmimi şəkildə daha məzmunlu keçirilməsinə təminat yaradır.
Kənd ərazisində son illərdə aparılan quruculuq işlərindən razılıq ifadə edən sakinlər hələ bəzi çatışmazlıqların olmasından söz açıblar. Olan yararsız elektrik dirəkləri və elektrik naqillərinin dəyişdirilməsi, kəndin içməli su təchizatının daha da yaxşılaşdırılması kimi istəklərini dilə gətiriblər. Г‡ıxış edənlər görüşdə səsləndirilən problemlərin də tezliklə həll olunacağına ümidvar olduqlarını bildiriblər.
Görüş-qəbulda şəxsi problemlərdən, onların həllindən də söhbət açılıb.
Ş.Soltanov

Şərh Yaz