Yaddas kitabcasi

Bayramqabağı yarmarka

Bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaq məqsədilə rayonlarda yarmarkalar təşkil olunur.
Dekabr ayının 25-dən etibarən İsmayıllı rayonunda yeni tikilmiş bazarda –“ “Yaşıl market”də Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
Bayramqabağı yarmarka
Yarmarkanın keçirilməsində məqsəd bayramqabağı rayon əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasıdır. Satışa çıxarılan məhsulların əksəriyyəti rayonun emal müəssisələrində istehsal olunub. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatları istehsal etdikləri məhsullarla satış-yarmarkada təmsil olunub. Alıcılar satışa çıxarılan məhsulların keyfiyyətli və ucuz olmasını razılıqla qarşılayıblar.
Rayonun əlaqədar qurumlarından verilən məlumata görə, gün ərzində satış-yarmarkaya 500 kiloqram mal və qoyun əti, 500 litr süd, 2 ton meyvə, 250 kiloqram bal və 5 ton taxıl məhsulları olmaqla, ümumilikdə 100 adda kənd təsərrüfatı məhsulları çıxarılıb. Satılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı qiymətə olub. Onu da qeyd edək ki, yarmarkalar bayram gününə kimi, yəni dekabrın 31-dək davam etdiriləcək.
Səadət Rəhimova

Şərh Yaz