Yaddas kitabcasi

Birlik və həmrəyliyimiz daha da möhkəmlənəcəkdir

Müasirləşən dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların monolit birliyi və həmrəyliyi bəşəri əhəmiyyət daşıyır. Г‡ox qədim tarixə və milli-mənəvi ənənələrə malik olan, hazırda dünyada sayına görə 50 milyon nəfəri ötən millətimizin eyni mövqedən çıxış etməsi, bir-birlərinə arxa və dayaq durması nəticə etibarı ilə böyük dünya siyasətinə təsir etmək və bu siyasətdə təsirli rola malik olmaq imkanları yaradır. Г‡ox sevindirici haldır ki, bu gün dünya azərbaycanlılarının milli-mənəvi birliyinin mərkəzi olan Azərbaycan Respublikası adlı dövlət var.
Birlik və həmrəyliyimiz  daha da möhkəmlənəcəkdir
Onun varlığını, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq bütün dünya azərbaycanlılarının övladlıq borcudur. Eyni zamanda xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq və dünyada təbliğ etmək hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi vəzifədir.
Dünya azərbaycanlılarını təşkilatlandırmaq, bir araya gətirmək baxımından ulu öndərimiz Heydər Əliyev, həqiqətən, misilsiz xidmətlər göstərmişdir. Müasir tariximizin Heydər Əliyev dövrü Azərbaycanın öz varlığını təsdiq etməsi, dünyanın bütün guşələrinə səpələnmiş soydaşlarımızın qəlbində milli qürur hissinin oyanması ilə mənalanır. Ümummilli lider Heydər Əliyev özünün bütün xarici səfərləri zamanı soydaşlarımızla mütləq görüşür, milli birliyin və həmrəyliyin nə qədər vacib olduğunu izah edir və deyirdi ki, bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada soydaşlarımızın bir olması zəruridir. Azərbaycanlı olması ilə həmişə fəxr edən və sözün həqiqi mənasında zəmanəmizin böyük azərbaycanlısı olan Heydər Əliyevin müdrik sözləri həmişə qulaqlarımızda səslənir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
İndi dünyanın, demək olar, hər yerində soydaşlarımızı birləşdirən güclü Azərbaycan diasporu, icmaları var. Г‡oxlu mədəniyyət mərkəzləri, ictimai birliklər yaradılmışdır. Onlar soydaşlarımızın siyasi-mədəni və mənəvi hüquqlarının qorunması, milli şüurun oyanması və yüksəldilməsi istiqamətində səmərəli iş görməklə yanaşı, Azərbaycan haqqında obyektiv həqiqətlərin yayılmasına, beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsinə nail olmuşlar. Dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli milli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. Zamanın üzərimizə qoyduğu daha bir tarixi missiya -Ermənistanın işğalçılıq siyasətini bütün dünyada ifşa etmək, ermənilərin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş bədxah təbliğatının qarşısını almaq, onların təcavüzkar dövlət kimi dünyada tanınmasına nail olmaqdır. Artıq bu istiqamətdə böyük uğurlar əldə etmiş, BMT, Avropa Şurası, GUAM və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın təcavüzkar dövlət kimi rəsmən tanımasına, işğalçılıq, terrorçuluq və soyqırımı siyasəti yürütdüyünə inandıra bilmişik. Bu, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin və bütün azərbaycanlıların geniş həmrəyliyinin bəhrəsidir.
Xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü möhtəşəm nailiyyətlər fonunda qeyd edir. Azərbaycanın hərtərəfli inkişafı, dünyada böyük nüfuz sahibi olması günümüzün reallığıdır. Həyata keçirilən köklü islahatlar və dövlət proqramları bütün sahələrdə uğurlarla müşayiət olunur. Paytaxtla yanaşı, bütün bölgələrimizin, hətta ən ucqar kəndlərimizin belə siması gündən-günə dəyişir və gözəlləşir. Doğma İsmayıllımızda da son illər genişmiqyaslı quruculuq işləri aparılır. Son vaxtlar əhalinin içməli su təminatı yenilənib, küçə və meydanlar abadlaşdırılıb. İsmayıllı dünyanın böyük dövlətlərinin –“ Yaponiya və Fransanın şəhərləri ilə qardaşlaşıb. İsmayıllıda son üç ildə çoxsaylı problemlərin həlli yolunda uğurlu addımlar atılıb. Bütün bunlar yeniləşmənin, inkişafın təzahürüdür.
İnanırıq ki, yeni 2016-cı il Azərbaycana, gözəlliklər məskəni olan rayonumuza daha böyük uğurlar gətirəcək, dünyada yaşayan soydaşlarımızın birlik və həmrəyliyini daha da möhkəmlənəcəkdir.
Hacıməmməd Məmmədov,
şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz