Qəbullarla bağlı sərəncam: İsmayıllı əhalisinin nəzərinə!

Respublikamızda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılmasında, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə diqqətin artırılması günümüzün ən zəruri tələblərindən biridir. İsmayıllı Rayon İcra Hakimiyyətində də bu məsələ həmişə diqqət mərkəzindədir. Hər il RİH başçısı aparatında bununla əlaqədar il ərzində vətəndaşların qəbulu cədvəli təsdiq edilir və il boyu bu cədvələ əməl edilir.
Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.16-cı maddələrinə əsasən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sərəncam imzalayıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında 2016-cı il üçün vətəndaşların qəbulu ilə bağlı cədvəli təqdim edirik:
Qəbullarla bağlı sərəncam:  İsmayıllı əhalisinin nəzərinə!
Qeyd: 1) İcra Hakimiyyətində “Qaynar xətt” yaradılmış və 164 saylı telefon günün bütün saatlarında fasiləsiz olaraq zəngləri qəbul edir;
2) Milli qəhrəmanlar və onların ailələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan digər imtiyazlı vətəndaşlar müraciət etdikdə dərhal qəbul olunurlar;
3) RİH başçısının qəbul günləri bayram gününə düşdükdə qəbul növbəti iş gününə keçirilir;
4) Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı əlaqə üçün telefon nömrələri: (02028)5-55-97, 5-35-28.

Şərh Yaz