Sənədlər arxivə verilməlidir

25 dekabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib.
Tədbiri RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov açıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə onlara müvafiq məsləhətlər verib.
Sənədlər arxivə verilməlidir
Sonra 07-30 yanvar 2016-cı il tarixlərdə RİH başçısı İƏD üzrə nümayəndəliklərində 2015-ci ildə görülmüş işlər barədə hesabat yığıncaqlarının təşkili və keçirilməsi barədə danışdı, təsdiq edilmiş cədvəli onların diqqətinə çatdırdı və RİH başçısının İƏD üzrə nümayəndəliklərinin 2016-cı ilin birinci yarımili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə danışıb.
Sonda Dövlət Arxivinin İsmayıllı Rayon Şöbəsinin müdiri İsa Əkbərov İƏD-lər üzrə sənədlərin saxlanma müddəti barədə məlumatları tədbirin iştirakçılarına çatdırıb.
Ehtiram Manafov

Şərh Yaz