Г‡ox sevdiyim fənn

Talıstan kənd tam orta məktəbinin VI sinif şagirdiyəm. Hər il bizə tədris olunan fənlərin sayı artır. Lakin birinci sinifdən başlayaraq keçdiyimiz bir fənni daha çox sevirəm. Bu, ingilis dili fənnidir. Fənni tədris edən isə Fidan müəllimdir. O, fənnin bütün incəliklərini şagirdlərə öyrətməyə çalışır. Bu fənnə olan sevgim də elə Fidan müəllimin zəhmətinin bəhrəsidir.
Hər dəfə ingilis dilinə aid yeni nəsə öyrənəndə sevinirəm. Lüğət ehtiyatım zənginləşir, dünya görüşüm artır.
Hazırda bu dilin istənilən sahədə nə qədər böyük rol oynadığını görə bilirəm. Qarşıdakı təhsil illərində ingilis dilinin qrammatikasına mükəmməl yiyələnmək üçün var-qüvvəm ilə çalışacağam. Qoy qazana biləcəyim uğurlar təkcə mənim deyil, doğulduğum kəndin, rayonun və ölkənin adını ucaltsın.
Kamran İmanov

Şərh Yaz