Azərbaycan Respublikasına xidmət edirəm!

General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar olaraq 15 dekabr 2015-ci il tarixdə Basqal qəsəbə tam orta məktəbində “Azərbaycan Respublikasına xidmət edirəm!” devizi altında yuxarı sinif şagirdlərinin təqdimatında hərbi-bədii kompozisiyası keçirildi. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və generalın və həmçinin Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Respublikasına xidmət edirəm!
Tədbiri açan tədris işləri üzrə direktor müavini Yeganə Ağayeva şagirdlərin hərbi-vətənpərvərlik ruhunun artırılmasında məktəbin rolundan və bu kimi tədbirlərin vacibliyindən geniş söz açdı. Daha sonra çıxış edən məktəbimizin tarix müəllimi, Basqal İƏD üzrə icra nümayəndəsi Novruz Əsədov generalın həyat yolu və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verdi. Tarixi şəxsiyyətlərimizin tanıdılmasını, yeni nəslin öz keçmişini unutmamağı hər şeydən üstün tutulmasını xüsusi qeyd edən natiq bu kimi tədbirlərə daha çox yer verilməsini vacib hesab etdi. Sonra generala həsr edilmiş sənədli filmə baxış keçirildi.
Sonda yuxarı sinif şagirdlərinin təqdimatında hərbi şeir və mahnılardan ibarət kompozisiya səsləndirildi. Kompozisiya şagirdlər tərəfindən rəğbətlə qarşılandı, qürur və vətənpərvərlik hissləri yaşandı.
Kamran Məlikzadə

Şərh Yaz