Rayonumuzda “Kənd təsərrüfatı ili” uğurla başa çatıb

Kənd təsərrüfatı: İsmayıllı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafına daha çox diqqət artırılmışdır. Rayon iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar bölmədə də yüksək nəticələr əldə olunmuş, rayon üzrə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 57,2 faiz təşkil etmişdir.
Rayonumuzda “Kənd təsərrüfatı ili” uğurla başa çatıb
Kənd təsərrüfatı: İsmayıllı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafına daha çox diqqət artırılmışdır. Rayon iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar bölmədə də yüksək nəticələr əldə olunmuş, rayon üzrə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 57,2 faiz təşkil etmişdir.
Rayonumuzda “Kənd təsərrüfatı ili” uğurla başa çatıb
2003-cü ilin oktyabr ayından indiki dövrə qədər rayonda iqtisadiyyatın müxtəlif sahələri üzrə 7818 iş yeri açılmışdır. Yeni iş yerlərinin 8,9 faizi və ya 745 -i kənd təsərrüfatı sektorunda yaranmışdır.
2015-ci ilin “Kənd təsərrüfatı” ili elan edilməsinə İsmayıllı sakinləri də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə öz töhfələrini vermişlər.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonda müvafiq ilin faktiki qiymətləri ilə 75944,5 min, müqayisəli qiymətlərlə isə 63484,1 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. 2015-ci ilin 9 ayında kənd təsərrüfatı məhsulunun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 13,0 faiz və ya 8264,9 min manat çox olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsulunun 48638,2 min manatı bitkiçilikdə, 27306,3 min manatı isə heyvandarlıqda yaranmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilikdə 32,1 faiz, heyvandarlıqda isə 2,4 faiz faktiki qiymətlərlə artım qeydə alınmışdır.
Bitkiçilik: 2015-ci ilin oktyabr ayının 01 tarixinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 28919 hektar sahədən 104894 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 21274 ton əvvəlki ildən çox taxıl istehsal edilmişdir. Taxıl istehsalı əsasən məhsuldarlığın yüksəlməsi hesabına olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 8,2 sentner artaraq 36,3 sentner olmuşdur. Toplanmış məhsulun 73,0 faizini buğda, 27,0 faizini isə arpa təşkil etmişdir. Hesabat dövründə buğdanın məhsuldarlığı 37,6 sentner, arpanın məhsuldarlığı 33,9 sentner olmuşdur. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 29,2 faiz çox olmuşdur.
Həmin dövrdə 23 hektar sahədən 68 ton dən üçün qarğıdalı, 684 hektar sahədən 1544 ton paxlalılar, 320 hektar sahədən 370 ton dən üçün günəbaxan yığılmışdır. 2014-cü ilin 9 ayı ilə müqayisədə qarğıdalının məhsuldarlığı 5,1 sentner artaraq 29,6 sentner, paxlalıların məhsuldarlığı 5,6 sentner artaraq 22,6 sentner, günəbaxanın məhsuldarlığı isə 7,4 sentner artaraq 11,6 sentner olmuşdur.
2015-ci ilin yanvar – sentyabr 785 hektar sahənin kartofu yığılmış , 6790 ton məhsul əldə edilmişdir. Bu dövrdə 7308 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 1,2 sentner, tərəvəzin məhsuldarlığı isə 0,9 sentner artmışdır. Hazırda bağlardan meyvə toplanışı davam edir. Oktyabr ayının 1-ə kimi 5230 ton meyvə, 2719 ton üzüm yığılmışdır.
Bu il sahələrdən yüksək məhsul toplanışı gözlənilir. Bu isə rayon əhalisinin ərzaq bitkilərinə olan tələbatının böyük əksəriyyətinin öz istehsalı hesabına ödənilməsi deməkdir.
Rayonumuzda “Kənd təsərrüfatı ili” uğurla başa çatıb
Heyvandarlıq : Kənd təsərrüfatının həm xidmət həm də bitkiçilik sahələrinin inkişafı heyvandarlıq sahəsinin də inkişafına öz müsbət təsirini göstərmişdir.
Rayonun ümumi torpaq fondunun 42,9 faizini kənd təsərrüfatına yararlı torpaqların təşkil etməsi və 44542 hektar sahənin otlaq və biçənəklərdən ibarət olması heyvandarlığın inkişafına əsaslı zəmin yaradır.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsində inkişaf etdirilmişdir. 2015-ci ilin oktyabr ayının 01 tarixinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə mal qara uçotunun rüblük məlumatlarına əsasən 51371 baş qara mal, o cümlədən 23663 baş inək və camış, 178473 baş qoyun və keçi, 186 baş donuz mövcud olmuşdur.
Cədvəldən göründüyü kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 23 baş, inək-camışların sayı 421 baş, qoyun-keçilərin sayı isə 42 baş artmış, donuzların sayı 389 baş azalmışdır.
Rayonda mövcud olan iri buynuzlu mal qaranın 1755 başı və ya 3,4 faizi, qoyun keçilərin 6267 başı və ya 3,5 faizi donuzların 118 başı və ya 63,4 faizi kənd təsərrüfatı müəssisələrinin balansına aiddir. Sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında iyulun 01 vəziyyətinə 49616 baş iri buynuzlu, 172206 baş xırda buynuzlu davarlar mövcud olmuşdur. Əhali təsərrüatlarında iribuynuzlu mal-qaranın baş sayı 0,5 faiz və ya 261 baş, xırda davarların sayı isə 0,2 faiz və ya 374 baş keçən ilin müvafiq dövründən artmışdır.
2015-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə bütün təsərrüfat kateqoriyalarında diri çəkidə ət istehsalı 3947 ton, süd istehsalı 25665 ton, yumurta istehsalı 8534 min ədəd, yun istehsalı 396 ton təşkil etmişdir. Ət istehsalının 1,5 faizi, süd istehsalının 3,3 faizi, yumurta istehsalının 0,2 faizi, kənd təsərrüfatı müəssisələrində istehsal olunmuşdur. 2014-cü ilin 9 ayı ilə müqayisədə ət istehsalı (diri çəkidə) 48,0 ton, süd istehsalı 52,0 ton, yumurta istehsalı isə 1216 min ədəd, yun istehsalı 6,0 ton artmışdır. Ət istehsalının (diri çəkidə) 98,5 faizi, süd istehsalının 96,7 faizi, yumurta istehsalının 99,8 faizi fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu təsərrüfat kateqoriyası üzrə ət istehsalı 5,3 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 16,9 faiz çox olmuşdur.
Hesabat dövründə kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində işlər davam etdirilmiş, 1695 baş inək, camış və düyələr elit törədicilərinin toxumları ilə mayalandırılmışdır. Heyvanların süni mayalanmasından alınan balaların sayı 885 baş təşkil etmişdir.
2016-cı ilin məhsulu üçün rayon üzrə 01 noyabr 2015-ci il tarixə 26740 hektar sahədə şum aparılmışdır. Həmin tarixə 8180 hektara taxıl səpilmişdir ki, bunun da 6120 hektarı buğda, 2060 hektarı arpa məhsuludur. Hazırda taxıl səpini yüksək sürətlə davam etdirilir.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz