Qaliblər mükafatlandırılıb

Noyabr ayının 30-da İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində İsmayıllı İnnovasiyyalar Mərkəzinin təşəbbüsü ilə tədbir keçirilib. Tədbirdə inşa yazı müsabiqəsində fərqlənən məktəblilərlə yanaşı fənn müəllimləri, Rayon Təhsil Şöbəsinin metodistləri, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşı, “Uşaq və yeniyetmələrə dəstək” ictimai birliyinin rəhbərliyi iştirak edib.
Tədbiri çıxış sözü ilə açan Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev Respublikanın təhsil sahəsində İsmayıllı məktəblilərinin uğur və nailiyyətlərindən söz açıb. O, qazanılan nəticələrin qürurvericiliyindən, bir sıra müsabiqələrdə İsmayıllı məktəblilərin qalibiyyətinin səbəblərindən danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşı “Uşaq və yeniyetmələrə dəstək” ictimai birliyinin rəhbəri Fərhad Abdulov müsabiqə qalibi olan gəncləri təbrik edib, gənclərə bütün sahələrdə hər zaman əzimli, qətiyyətli olmağı tövsiyə edib.
Tədbirin sonunda gənclərimizin ədəbiyyata, yazıya olan marağının artırılması məqsədiylə ”Şəxsi nümunə, yaxşı tərbiyyə vasitəsidir”, “İsmayıllı gənclər paytaxtında gəncliyin rolu” və ”Kinoteatrda” adlı mövzulardan ibarət esse yazı müsabiqəsinin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və Fəxri fərmanlarla təltif olunublar.
Elnarə Qasımova

Şərh Yaz