İnsan alveri bəşəri bəladır

Müasir dünyanın qlobal problemlərindən başlıcası və hər birimizin əsaslı narahatçılığına səbəb ola biləcək məsələlərdən biri də insan alveridir. Məsələ ilə bağlı maarifləndirici iş aparmaq məqsədi ilə dekabr ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölməsi rayonunun Quşencə kənd tam orta məktəbində “İnsan alverinə qarşı mübarizə” adlı tədbir keçirib.
Tədbirdə Quşencə kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə diskusiya aparılıb. Г‡ıxışlarda əsasən insan alverinə zəmin yaradan amillərdən bəhs edilib. Problemin qarşısını almaq yolları müzakirə olunub. Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölməsinin əməkdaşları və könüllülər çıxış edərək gənclərin bu mövzularda fəallığını üzə çıxarıblar. Səsləndirilən fikirlərdən məlum olub ki, bütün dünyada qadınlar, uşaqlar və kişilər cinsi istismara və ya məcburi əmək məqsədilə insan alverinə cəlb olunurlar. Qadınlar daha müntəzəm insan alverinin qurbanına çevrilsələr də, bu bəlaya kişilər də düçar olurlar. Zavallılar maddi ehtiyac üzündən insan alveri ilə məşğul olanların toruna düşürlər.
Bu bəşəri bəla hallarının qarşısının alınması üçün insanların, xüsusi ilə də gənclərin maariflənməsi əsas şərtlərdəndir. Gənclər iş qurmaq, gəlir əldə etmək məsələlərində insan alverinin qurbanına çevrilməməkdə daha diqqətli olmalıdırlar. Belə bir hallarla üzləşdikdə kimlərə müraciət etməyin lazım olduğunu bilməlidirlər.
Tədbir iştirakçılarına Qanunvericilikdə deyilənlərlə bağlı maddələrin mövcud olduğu bildirilib.
Elnarə Qasımova

Şərh Yaz