Cəmiyyətə inteqrasiya üçün

İsmayıllı rayonunda Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi bir daha onu göstərir ki, əlilər hər zaman dövlət qayğısı ilə əhatə olunur, onların cəmiyyətə inteqrasiya olunmaları üçün müxtəlif proqramlar tətbiq edilir.
Cəmiyyətə inteqrasiya üçün
Belə ki, 2 dekabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və Əlil Sahibkarlar Təşkilatı ictimai birliyinin təşəbbüsü ilə 3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar İsmayıllı rayonunda yaşayan imkansız və əliliyi olan 21 nəfər “Sağlamlıq marafonu” layihəsi çərçivəsində Bakı şəhərinə – Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinə müayinəyə göndərilib.
Hərtərəfli tibbi müayinəyə sonra əlillər həmin avtobusla rayona qayıdıblar.
Kamil Dadaşov

Şərh Yaz