İsmayıllı yazarlarının şeir dəftərindən

Qeybin içindəyik

Hansı sıradayıq məxluq içində,
Hardan bilirik ki, biz ən öndəyik.
Həqiqət səmtinə gedirik, yoxsa,
Doğru sandığımız yanlış yöndəyik.

İnsan özü üçün sirdir hələ də,
Bəlkə də durmuşuq biz ilk pillədə.
Görəsən ölümtək qızıl güllədə,
Yoxsa həyat kimi qızıl dəndəyik?

Bir rəngdə deyilik, min boyamız var,
Abırla qarışmış çox riyamız var.
Firontək Allahlıq iddiamız var,
Əslində bir çaşqın, aciz bəndəyik.

Nemətlər içində edirik giley,
Bu geniş cahanda çırpınırıq hey.
Əməl başqa şeydir, iman başqa şey,
Hansı məramdayıq, hansı dindəyik ?

Oyaqkən yaşarıq sanki röyada,
Varlıq aləmində getmişik bada.
Bu gerçək dünyada, aşkar dünyada
Dərk olunmaz qeybin lap içindəyik.İsmayıllı yazarlarının şeir dəftərindən
Oqtay İsmayıllı

Qeybin içindəyik

Hansı sıradayıq məxluq içində,
Hardan bilirik ki, biz ən öndəyik.
Həqiqət səmtinə gedirik, yoxsa,
Doğru sandığımız yanlış yöndəyik.

İnsan özü üçün sirdir hələ də,
Bəlkə də durmuşuq biz ilk pillədə.
Görəsən ölümtək qızıl güllədə,
Yoxsa həyat kimi qızıl dəndəyik?

Bir rəngdə deyilik, min boyamız var,
Abırla qarışmış çox riyamız var.
Firontək Allahlıq iddiamız var,
Əslində bir çaşqın, aciz bəndəyik.

Nemətlər içində edirik giley,
Bu geniş cahanda çırpınırıq hey.
Əməl başqa şeydir, iman başqa şey,
Hansı məramdayıq, hansı dindəyik ?

Oyaqkən yaşarıq sanki röyada,
Varlıq aləmində getmişik bada.
Bu gerçək dünyada, aşkar dünyada
Dərk olunmaz qeybin lap içindəyik.
Oqtay İsmayıllı
İsmayıllı yazarlarının şeir dəftərindən

Aparsın

Xəzandı, düşmüş xəzələm,
Qoyma məni yel aparsın.
Nə sonuncu, nə əzələm,
Aparsa ay, il aparsın.

Daha mənə demə: “Yaşa“
Ömür gəlib çatıb başa.
Г‡ırpa-çırpa dağa-daşa,
Yağış döyüb, sel aparsın.

Öyünməyin adı yoxdu,
Daha ömrün dadı yoxdu.
İstisi yox, odu yoxdu,
Ocağımdan kül aparsın.

Gedərəm iş-güc olmasa…
…Г‡atarsan, gəl, gec olmasa.
Г‡ox incitdin, heç olmasa,
Bir üzümə gül, aparsın.

Dünya heçdi bilə-bilə,
Əriyirik gilə-gilə.
Son mənzilə gülə-gülə,
Bir gün məni el aparsın.
Nazir Ziya Talıstanlı

Gəlməz

Yığar sərvət, gözü doymaz,
Yığdığını gözdən qoymaz.
Guya bilmir, saymaz-saymaz
Gələn qalmaz, gedən gəlməz.

Gəl, ay yurddaş, quraq, tikək,
Daş üstündə bitsin çiçək.
Haray salıb desin külək,
Gələn qalmaz, gedən gəlməz.

Yarıb keçək Bisutunu,
Var hər işin bir gün sonu…
Vallah, bilir hamı bunu
Gələn qalmaz, gedən gəlməz.

Düşdük yaman müsibətə,
Tez uyuruq pis adətə.
Yol gedirik qiyamətə
Gələn qalmaz, gedən gəlməz.

Yük tutmuşuq hər acıdan,
Dərd tökülür dam-bacadan.
Səda gəlir lap ucadan
Gələn qalmaz, gedən gəlməz.

Sirlər yatıb hər daşında,
Buz bağlayıb qar daşında.
Xalıq, saxla yaddaşında
Gələn qalmaz, gedən gəlməz.
Xalıq Yusifoğlu

Bilgəh

Sığınıb Xəzərin mavi qoynuna,
Nazlı gəlin kimi bəzənb Bilgəh.
Bir ümid yeridir, şəfa ocağı,
Tanrıdan pay alıb, bəzənib Bilgəh.

Sığmır nə nəğməyə, nə şerə, sözə,
Gündüzü, gecəsi sirli, möcüzə.
Zeytunlu bağları gülümsər üzə,
Sahillər boyunca uzanıb Bilgəh.

Burda məhəbbət var, burda sevgi var,
Xəstə gəl, sağ ürək, sağlam can apar.
Allaha üz tutub, Haqqa tapınar,
Qışı da bahardır, yaz anı Bilgəh.

Gül üzlü vətənim, hər yanı abad,
Yetirib Abşeron nə qədər ustad.
Qulaq ver, bir xəzər nəğməsi də dad,
Şeirlə, mahnıyla nazlanıb Bilgəh.

Bilib agah oldum hər məqamından,
Abad çöhrəsindən, çil-çırağından.
Salam gətirmişəm Baba dağından,
Sevib, gözləməkdən usanıb Bilgəh.
Murad Məhərrəmov

Xeyir-dua

Getdiyin ocaqda günün ağ olsun,
Ömrünü səadət bələsin, qızım.
Allahın sevdiyi qulu olasan,
Yoluna işıq, nur ələsin, qızım.

Dilin şirin olsun, sözlərin kəlam,
Ay mənim ad-sanım, ay namus qalam.
Ürəyin fərəhlə dolsun, qız balam,
Gözlərin nur, sevinc ələsin, qızım.

Sevdiyin oğlanın hərarəti ol,
Baharı, çiçəyi, təravəti ol.
Ananın Allaha əmanəti ol,
Qoy xeyir-duanı eləsin, qızım.
Xatın

Biləydim

Gəncliyimin gövhəri sən, ləli sən,
Dilimdəki “xeyir” sənsən, “bəli” sən.
Eşitdim ki, həsrətimdən dəlisən,
İnanmadım! Kaş inana biləydim.

İnadkaram, tərsliyimdən çəkirəm,
Heyif, deyib, göz yaşımı tökürəm.
Tələsərək sağı sola bükürəm,
Dayanmadım ! Kaş dayana biləydim.

Г‡ox təsadüf təzadla baş verəndə,
Dostlarımı “ölçüb-biçən“ görəndə.
Söyüd ağacından meyvə dərəndə,
Oyanmadım! Kaş oyana biləydim.

Məhəbbət dastanım tuzağa düşüb,
Sevənlər qürbətə, uzağa düşüb.
Könlüm qar-borana, sazağa düşüb,
Mən qanmadım! Kaş ki, qana biləydim.
Elnarə Günəş

Budur istədiyim
(Bir qardaşın müraciətinə)

Qalx, uca dağlardan qar, külək gətir,
En bir az aşağı, en, dər çiçək gətir.
Könlümü istəyən bir ürək gətir,
Budur istədiyim, gətirə bilsən.

Г‡ələng tut güllərdən üzüb astaca,
Nərgizi, süsəni düzüb astaca.
Bulanlıq suları süzüb astaca
Budur istədiyim, gətirə bilsən.

Bir qaya gətir ki, maral iz salsın,
Bir cığır gətir ki, əlik diz salsın.
Bir ocaq gətir ki,yanıb köz salsın,
Budur istədiyim, gətirə bilsən.

Sonalı göl gətir, baxım həzz alım,
Laləzar çöl gətir, seyrinə dalım.
Gətir ilk eşqimi qeydinə qalım,
Budur istədiyim, gətirə bilsən.
Rüstəm Məbudoğlu

Ağlamağın yeri yox

Mən deyən yox, fələk deyən oldusa,
Arzularım açılmamış soldusa,
Gözlərimə kədər yaşı doldusa,
Necə deyim, ağlamağın yeri yox.

Tanrı yazan vaxtım, vədəm doldusa,
Saçlarımı qəm-qüssələr yoldusa,
Bu, əvvəldən bilinməyən yoldusa,
Necə deyim, ağlamağın yeri yox.

Xoşbəxt günlər belə sona çatırsa,
Sevdiyimiz insan bizi atırsa,
Doğmalarım torpaq altda yatırsa,
Necə deyim ağlamağın yeri yox.
Aytən Dəniz

Danışma, bəsdir

Ömür tərəzisi nə çəkdi: dərd, qəm,
Ahamı tutuldu, ay Allah, qələm.
Axı, məzarsızam, eşitsin aləm,
Daha gedənimdən danışma, bəsdir.

Üstümə atılan daşlar da fağır,
Allah, taleyimin yazısı ağır.
Baharda ömrümə elə qar yağır,
Daha gedənimdən danışma, bəsdir.

Cibdə qəpik-quruş, evdə şor-çörək,
O zaman gedəydim çıxıb mən gərək.
Xəbərsiz nələrdən bu yazıq ürək,
Daha gedənimdən danışma, bəsdir.

İlahi, arzumun ünvanı böyük,
Yıxdı, elə yıxdı, dost, məni bu yük.
Qınama, bu axşam, misralar bölük,
Daha gedənimdən danışma, bəsdir.

Könlüm də didərgin, nədənsə, sorma,
Nə olar, Aliki belə də yorma.
Ey fələk, köksümə yaralar vurma,
Daha gedənimdən danışma, bəsdir.
Alik Dənizsevər

Ayırdı

Mən ki istəməzdim heç ayrılığı,
Ayıran bilir ki, özü ayırdı.
Ömrün qovuşmalı məqamında da
Biri gücsüz oldu, yüzü ayırdı.

Yıxana çatmadı qolun qüvvəsi,
Haqlıdan bərk çıxdı haqsızın səsi.
Güclünün bəs imiş bircə kəlməsi,
Böhtanı, min yalan sözü ayırdı.

Yaxşılar ovlanar, düşər tələyə,
Mehin gücü çatmaz əsən küləyə.
Kol-kos qənim olar gülə-çiçəyə,
Dərələr düzlərdən düzü ayırdı.

Yaxşılarların qəlbindədir sevgi çox,
Nadanın, namərdin ürəyində yox.
Görüm gözlərinə sancılaydı ox,
O kəs ki, əbədi bizi ayırdı.
Aidə Gədəbəyli

İmayıllıda

Г‡ox gəzdim, dolandım Azərbaycanı,
Mənə qismət oldu yer İsmayıllıda.
Sədası yayılıb onun hər yana,
Qəlbin nə istəsə, var İsmayıllıda.

Başının üstündə Qafqaz dağları,
Dərdlərə dərmandı buz bulaqları.
Ürək açan bağçaları, bağları
Gətirir neçə cür bar İsmayıllıda.

Baba dağ məşhurdur obada, eldə,
Neçə insan gəlir ora hər ildə.
Qurbanlar kəsilir müqəddəs yolda,
İman, inam, namus, ar İsmayıllıda.

Gündən-günə necə də abad olur,
Hər çiçəkdə, güldə neçə dad olur.
Məhəmməd baxdıqca qəlbi şad olur,
Olur gözəlliyə yar İsmayıllıda.
Məhəmməd Hümbətov

Bilmədim

Cavanlıq atəşi ayrıldı məndən,
Zalım qocalıqla baş-başa qaldım.
Gəncliyim qonaqdır yaranan gündən,
Qəfləti gedişə tamaşa qaldım.

Zamanə dəyişdi, iş ağırlaşdı,
Xəstəlik canımda hey aşıb-daşdı.
Fürsəti düşdükcə həddini aşdı,
Dözmədim, canımla savaşa qaldım.

Tanrı nəzərindən düşməyəsən bir,
Düşdünsə, qalxmağın daha çətindir.
Bu kövrək qəlbimi gəl indi dindir,
Daha ya torpağa, ya daşa qaldım.
Rafiq Göyçaylı

Qocalar evi

Birisi nənədir, birisi baba.
Qocalar evində bitir yolları.
Sonsuz da deyillər, bilir el-oba,
Oğul, qız gəzdirib bir vaxt qolları.

Baxmaq çox çətindir çöhrələrinə,
Tanrıdan ölümdür umacaqları.
Suallar baş alıb gedir dərinə.
Görəsən yanırmı od-ocaqları?..

Atadan, anadan dönən balalar,
İnsan nəyi əksə, onu da biçər.
Qorxun Yaradandan, ar eləyin, ar,
Mərhəmətsiz övlad göz yaşın içər.
Şərqiyyə Balacanlı

Dözməlidi, dözməli…

Xatirələrin yaxını ağrıdan,
Göynədən olur,
Uzaqları daha mülayim,
Sakit…
Rəsul Rza

Xatirələr ağrıdır,
Xatirələr göynədir.
Bir xatirə işığında
Yer nədir,
Göy nədir?
Kainat cilvələnir.
… Bir dostumun
Getməyib dərd ağrısı,
Göynərtisi hələ təzədi.
Onun
Xatirələrə sığan acıları
Ürəyimə sancılan nizədi.
Amma
Uşaq xatirələrinin acısı
Bir az sakit olur,
Bir az mülayim.
İnsan dərdə tablaşmalı,
Dözməlidi.
Dözməlidi, dözməli!..
Mövlud Teynur

* * *
Uşaqlıqda dincliyim
bir nəğmə,
röya kimi dolaşır
Xəyallarımda
hələ də qaranquşları
seyr edirəm,
Səhər kimi
çin olmuş
qərib yuxularımda
Dünya bir nərdivandı,
Düşüb-qalxırıq
bir-bir
Ulduzların sayrışan
dünyalarında
hərəsi bir tənha
ulduzun ömrü kimi,
Cazibə nöqtəsinə
qovuşur insanlar,
Ah çəkdiyi gecələrin
nəğmə dolu –“
şərqi dolu –“
sevgi dolu
gerçəkləşən sevdalarında
Elsevər Məsim

Dünya

Nədir ədavətin, nədir qərəzin,
Belə yandırırsan bəşəri, dünya?
Kim səndən bir zərrə sevinc istədi,
Ələdin başına kədəri, dünya.

Ömrünü firəvan vuranlar başa,
Səni bənzətdilər lələ, daş-qaşa.
Г‡ox şahlar səninlə çıxdı savaşa,
Axırda sən çaldın zəfəri, dünya.

Yedirtdin qəmini, nemətdir, – deyib,
Bu da bir taledir, qismətdir deyib.
Aldadıb uşaqtək, şərbətdir, – deyib,
İçirtdin Xəyala zəhəri, dünya.
Xəyal Orucov

Himnimiz

Vətən, qəlblər, könüllər, ürəklər bir olandan
Gerblə, bayrağımızla bir görmüşük himni biz!
Zamanın sınağında elə mətin çıxıb ki –“
Qranitdən, poladdan tir görmüşük himni biz.
Gün olsun, Qarabağda sədalansın himnimiz!

Qızmar, isti anında döyübdülər dəmiri,
Musiqisi canlıdır, sözləri qoşun –“ diri.
Saxlanmağa əmanət, bilinməyilə qədri,
Zərgərin əllərində dürr görmüşük himni biz.
Gün olsun, Qarabağda sədalansın himnimiz!

Diqqət çəkir ifası, oxuyanın səsi zil,
Gözü götürməyəni ahəngin edir xəcil.
Fəslin hər məqamında coşur, daşır, elə bil,
Gözümüzü açandan Kür görmüşük himni biz.
Gün olsun, Qarabağda sədalansın himnimiz!

Odur yandıran Günəş, xilaskar kölgəmiz də,
Sərhədləri dolaşır, səslənir bölgəmizdə.
Azərbaycan elində, qüdrətli ölkəmizdə,
Bəstə, musiqi, ocaq, pir görmüşük himni biz.
Gün olsun, Qarabağda sədalansın himnimiz!

Davaya son qoyula, qan-qada çata başa,
Sevənlər bir-biriylə görünələr cüt, qoşa.
Sülhə çagırışlara, azadlığa, barışa,
Əhatəsi gen olan yer görmüşük himni biz.
Gün olsun, Qarabağda sədalansın himnimiz!
Tamam Nur Tağlabiyanlı

Şərh Yaz