Yaddas kitabcasi

84 yaşlı Azərbaycan mirvarisi

Noyabr ayının 27-də İsmayıllının Mədəniyyət Sarayında rayonun yaradılmasının 84 illiyi qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, müəssisə idarə və təşkilatların, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
84 yaşlı Azərbaycan mirvarisiNoyabr ayının 27-də İsmayıllının Mədəniyyət Sarayında rayonun yaradılmasının 84 illiyi qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, müəssisə idarə və təşkilatların, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Elə həmin gün İsmayıllı-Muğanlı magistral yolu boyunca ağacəkmə kompaniyası da keçirilib.
Tədbirin keçirilməsinin rayonun təşkilinin 84-cü ildönümü ilə üst-üstə düşməsi onun əhəmiyyətini daha da artırırdı. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Ümumrespublika Yaşıllaşdırma” marafonuna dəstək şəklində ağacəkmə kompaniyasında İsmayıllı-Muğanlı magistral yolu boyunca, Diyallı kəndi ərazisində yerli cinslərdən olan 1500 ağac əkilib. Əkilən ağacların mühafizəsi üçün əraziyə tikanlı çəpərlər çəkilib. Tinglərin əkildiyi ərazilər rayonun müxtəlif qurumlarına təhkim olunub. Ağacəkmə kompaniyasında rayonun 8 idarə və təşkilatından 200 nəfərə yaxın təbiətsevər iştirak edib. Digər idarələr də onlara ayrılmış ərazilərdə ağacəkmə kompaniyasında iştirak ediblər.
Yeri gəlmişkən, qeyd edək ki, son bir ayda İsmayıllı rayonunda təxminən 10 min ədəd ağac əkilib. Ağacların 6 min ədədi bələdiyyə ərazisinə daxil olan kənd yerlərində, 4 mini isə İsmayıllı-Muğanlı magistral yolu boyunca əkilib.
***

“İsmayıllı – 84” tədbirinin növbəti mərhələsi rayonun Mədəniyyət Sarayında keçirilib. Sarayın foyesində müxtəlif sənət ustalarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə Lahıc, Basqal qəsəbələrindən, Qalacıq kəndindən olan sənətkarların əl işləri – misgərlik məmulatları, müxtəlif ölçülü əlvan xalçalar, eyni zamanda kəlağayılar yer alıb. Nümayiş etdirilən nümunələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin rəsmi hissəsində çıxışını rayonun tarixi keçmişi üzərində quran Rayon Təhsil Şöbəsinin metodisti, Əməkdar müəllim Ramiz Baloğlanov 1931-ci ilə qədər müxtəlif nahiyələr arasında parçalanmış İsmayıllı ərazisinin həmin ilin noyabr ayının 23-də inzibati-coğrafi vahid olaraq İsmayıllı adı altında bütövləşdiyini bildirib. Rayon üçün mərkəz əvvəlcə qədim Basqal seçilib. Müəyyən imkan və şərait yaradıldıqdan sonra -1934-cü ildə rayon mərkəzi İsmayıllıya köçürülüb. “Yeni İsmayıllı” qəzeti də həmin ildən nəşrə başlayıb. 30-cu illərin şahidlərinin dediyinə görə İsmayıllı rayon partiya komitəsinin birinci katibi vəzifəsinə əslən Lahıcdan olan Bağır Əliyev seçilib. İndiki Ağsunun dağlıq hissəsi də 50-ci illərə qədər İsmayıllının tərkibində olub.
“Tərəqqi” medallı müəllim Hacıməmməd Məmmədov da rayonun davamlı inkişafından bəhs edərək bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlara imza atıldığını nəzərə çatdırdı. Bildirdi ki, İsmayıllının təhsil müəssisələrini bitirən insanlar hazırda ən mükəmməl kadrlar şəklində respublikanın ayrı-ayrı bölgələrində dövlətçiliyimizə xidmət göstərməkdədirlər.

Məruzəçi Tanrı mərhəmətindən yaranmış belə bir cənnət məkanda yaşamaqdan məmnunluq duyduqlarını ifadə etdi. Eyni zamanda dövlətimizə həmişə sədaqətlə xidmət etmələrindən, elmə, təhsilə, milli-mənəvi, dini dəyərlə, mədəniyyətə, xalq sənətkarlığına, tariximizə həmişə diqqətlə yanaşmalarından danışdı.
Talıstan kənd tam orta məktəbinin tarix müəllimi Xalid Mürşüdov çıxışında rayonun sosial-iqtisadi durumundan danışıb, əvvəlki illərlə müqayisədə inkişafın kifayət qədər nəzərəçarpan olduğunu vurğulayıb. O həmçinin, İsmayıllının dini-milli tolerantlıq məkanı olduğunu söyləyib. X.Mürşüdov ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfərləri zamanı İsmayıllıya böyük dəyər vermələrindən, bu qiymətin həmişə rayon sakinlərini yeni-yeni uğurlara səsləməsindən bəhs edib.
84 yaşlı Azərbaycan mirvarisi
Tədbirdə 2015-ci ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən respublikamızda “Kənd təsərrüfatı ili” elan olunmasının aqrar sahədə yüksək məhsuldarlıq göstəricilərinin əldə edilməsinə müsbət şərait yaratmasından, istər respublikamızda, istərsə də rayonda çox böyük uğurların qazanılmasına səbəb olmasından danışılıb. Bu vacib sahənin elmi əsaslar üzərində sürətli inkişafını təmin etmək məqsədilə il ərzində rayonda bir sıra elmi-praktik seminar, forum və konfranslar keçirilib, müzakirələr aparılıb. Əkinə yararlı, istifadə olunmayan torpaqların müəyyənləşdirilməsi, onlardan istifadə imkanlarının dəqiqləşdirilməsi qarşıda əsas vəzifə kimi dayanıb. Ümumilikdə isə ilin əvvəlindən indiyədək rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı 76 milyon manata yaxın təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 milyon manatdan artıqdır. 2015-ci ildə taxılçılıq sahəsində də vəziyyət ürəkaçan olub. Rayon tarixində rekord səviyyədə, 103 min 282 ton taxıl istehsal olunub.
Ötən illər xatırlansa da, aqrar sektorda – heyvandarlıq, üzümçülük və digər sahələr üzrə əldə olunan uğurlardan da danışılıb. Г‡ıxış edənlər məhsul bolluğunun yaradılmasında dövlət dəstəyinin, xüsusən də ölkə prezidenti İlham Əliyevin kənd təsərrüfatına yetirdiyi diqqət və qayğını xüsusi olaraq vurğulayıblar.
Tədbir boyu İsmayıllı yetirmələri olan yazarların qələm nümunələri, həlim şeir parçaları, Aşıq Yanvarın, Qalib Güləliyevin, Piralı Şıxıyevin ifasında mahnılar dinlənilib.
Uşaq İncəsənət Məktəbinin rəqs qrupu və İvanovka folklor qruplarının ifasında xoş ovqat bəxş edən musiqi nümunələri nümayiş etdirilib.
Şahməmməd Soltanov

Şərh Yaz