Partiyanın dinamik inkişaf yolu

Noyabr ayının 20-də rayonun Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatı və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev tədbir iştirakçılarını salamlayıb, onları bu əlamətdar gün münasibətilə təbrik edib. Natiq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından 23 illik bir vaxt keçir. Zaman baxımından elə də çox olmayan bu tarixi dövr ərzində partiya şərəfli yol keçib, Azərbaycan Respublikasının siyasi həyatında avanqard dəstəyə, aparıcı qüvvəyə çevrilib. Hazırda respublikada Yeni Azərbaycan Partiyasının yarım milyondan çox üzvü vardır.
Partiyanın dinamik inkişaf yoluNoyabr ayının 20-də rayonun Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatı və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev tədbir iştirakçılarını salamlayıb, onları bu əlamətdar gün münasibətilə təbrik edib. Natiq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından 23 illik bir vaxt keçir. Zaman baxımından elə də çox olmayan bu tarixi dövr ərzində partiya şərəfli yol keçib, Azərbaycan Respublikasının siyasi həyatında avanqard dəstəyə, aparıcı qüvvəyə çevrilib. Hazırda respublikada Yeni Azərbaycan Partiyasının yarım milyondan çox üzvü vardır.
Partiyanın dinamik inkişaf yolu
Ötən 23 ildə partiyanın, eləcə də respublikanın ictimai-siyasi həyatında yaddaqalan, xoş, unudulmaz hadisələr baş verib. Bu illər ərzində Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqli olaraq zamanın sınaqlarından şərəflə çıxıb, xalqın istək və arzularının ifadəçisinə çevrilib. Partiyanın nüfuzunun, boy sırasının gündən-günə artmasının əsas səbəbi odur ki, bu partiyanın yaradıcısı, rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olub. Partiyanın gücü ondadır ki, bu siyasi birliyə ümummilli liderimizdən sonra Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycanı lider dövlətə çevirmək uğrunda yorulmaz fəaliyyət göstərən prezident İlham Əliyev rəhbərlik edir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, inkişaf strategiyası ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə əsaslı islahatlar, genişmiqyaslı fundamental layihələr, uğurlu daxili və xarici siyasət həyata keçirilir. Dövlət quruculuğu, sosial-iqtisadi həyatın əsas istiqamətləri gündən-günə möhkəmlənir. Regionlar inkişaf etdikcə yerlərdə iqtisadi fəallıq, siyasi düşüncə durmadan artır. Əbədi müstəqilliyimizin təminatı üçün yaradılmış iqtisadi və sosial dayaqlar daha da möhkəmləndirilir. Ümummilli lider Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi altında şərəfli inkişaf dövrünü yaşayır.
Partiyanın dinamik inkişaf yolu
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev ümummilli liderimiz Heydər Əliyevin dühasından yaranan, milli taleyimizin yaşanmasında həlledici rol oynayan Yeni Azərbaycan Partiyasının ölkənin siyasi səhnəsinə gəlişindən 23 il keçdiyini qeyd edib. O bildirib ki, uğurla gedilən bu 23 illik yol sübut etdi ki, xalqımız düzgün seçim edib. Yaradıcısı, təşkilatçısı və qurucusu Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası sınaqlardan şərəflə çıxdı, vətəndaş cəmiyyətinin qurulmasında, sosial-iqtisadi inkişafda, ölkənin müdafiə qüdrətinin artırılmasında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində, qanunçuluğun bərpası və qorunmasında, ölkənin potensialının insan kapitalına çevrilməsində əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev partiyanın nüfuzunun artmasında, cəmiyyət içərisində onun rolunun yüksəlməsində müstəsna rol oynayıb, bunun nəticəsi olaraq III qurultayda Yeni Azərbaycan Partiyasının sədri seçilib. 26 mart 2005-ci il tarixdən bu günə kimi İlham Əliyev bu missiyanı şərəflə yerinə yetirir, Dövlət rəhbəri və partiya sədri kimi ölkə qarşısında duran problemlərin həllinə, Azərbaycanın tərəqqi və inkişafına öz layiqli töhfələrini verir.
Anar Nəbiyev onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının mübariz və siyasi cəhətdən mətin dəstələrindən biri də İsmayıllı rayon təşkilatıdır. Təşkilat 1993-cü ilin mart ayında həyata vəsiqə alıb. Fəaliyyət illəri ərzində təşkilat böyük inkişaf yolu keçib, sıralarını Heydər Əliyev siyasətinə sədaqətli, mübariz üzvlər hesabına genişləndirib. 87 ərazi ilk partiya təşkilatını birləşdirən bu siyasi birliyi hazırda 8098 nəfər təmsil edir. Bunlardan 2991 nəfərini qadınlar, 3280 nəfərini isə gənclər təşkil edir. Təşkilatın üzvləri, Heydər Əliyev siyasətinin etibarlı davamçıları bütün ictimai-siyasi kampaniyalarda, dövlət əhəmiyyətli tədbirlərdə fərqlənir, bütün sahələrdə geniş fəaliyyət göstərir, yeniləşmə və inkişafda fəal iştirak edirlər. Nəticə etibarı ilə sosial həyatımızın yeniləşmə prosesi daha geniş miqyas alır, çoxsaylı nailiyyətlər, uğurlar əldə olunur, bütövlükdə bölgəmiz tikilir, qurulur, vətəndaşlarımızın sosial həyatı yaxşılaşır.
Partiyanın dinamik inkişaf yolu
Tədbirdə partiya üzvləri adından YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, partiya veteranı, şəhər ərazi ilk təşkilatının sədri Məhərrəm Əhmədov, partiyanın rayon təşkilatının Gənclər Birliyinin sədri Şəhla Qafarova, fəal partiya üzvü Valeh Salehov və başqaları çıxış edərək ölkəmizdə həyata keçirilən dinamik inkişafın, yeniləşmənin, tərəqqinin əsasında ulu öndər Heydər Əliyevin dövlətçilik ideyaları durduğunu vurğulayıblar. Keçirilən tədbirlər, bütün sahələrdə qazanılan uğurlar Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü siyasətə əsaslanır.
Qarşımızda həmişə işıqlı, nurlu zəka sahibini görür, onun tövsiyələri əsasında hərəkət edirik. Yeniləşən, tikilən, qurulan İsmayıllıda da bütün qüvvələr yüksəlişə, sürətli inkişafa, insanların firavan həyatının təmin olunmasına yönəlib. Bu yolda əsas qüvvə, mübariz dəstə, öncül vətəndaş Yeni Azərbaycan Partiyasının üzvləridir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir sıra fəal YAP üzvlərinə Fəxri fərman və xatirə hədiyyələri verilib, partiyanın sıralarına qəbul olunan yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Ramid Qasımov

Şərh Yaz