Ana Vətənlə döyünən ürəklər

Noyabın ayının 21-də Ana Vətən Partiyasının (AVP) respublika qərargahında partiyanın 25 illik yubileyi münasbəti ilə tədbirlər keçirilib.
İlk öncə AVP İsmayıllı rayon təşkilatının təşəbbüsü, təşkilatın sədri şair Şahməmməd Dağlaroğlunun redaktorluğu ilə işıq üzü görmüş “Ana Vətənlə döyünən ürəklər” adlı ədəbi toplunun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən Ş.Dağlaroğlu irəli sürülən təşəbbüsün partiya rəhbərliyi tərəfindən dəstəklənməsini AVP-nin rayon təşkilatının işinə verilən dəyər kimi qiymətləndirib. O, minnətdarlıq hissi ilə belə bir toplunun vətəninə, xalqına sədaqətlə xidmət edən qələm sahiblərinin sıx birləşməsinə zəmin yaratmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Ana Vətənlə döyünən ürəklər
Ana Vətənlə döyünən ürəklər
Həmin gün Ana Vətən Partiyası Ali Məclisinin növbəti iclası keçirilib. İclasda AVP-nin bu il keçirilən Parlament seçkilərində iştirakı geniş şəkildə müzakirə olunub, partiyanın 25 illik yubileyilə bağlı müraciəti qəbul edilib və təşkilati məsələlərə baxılıb.
Yığıncaqda növbəti dəfə millət vəkili seçilən partiya sədri Fəzail Ağamalının ünvanına təbriklər səslənib. Milli Məclisə seçkilərin gedişi mərhələsində AVP İsmayıllı rayon təşkilatının işi qənaətbəxş sayılıb. Mövzu ətrafında partiyanın rayon təşkilatının sədri Ş.Soltanov da çıxış edib.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb, dünyasını dəyişən partiya üzvlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Günün ikinci yarısında yubiley tədbirlərinin iştirakçıları partiyanın 25 illik yubileyi şərəfinə təşkil olunmuş ziyafətə qatılıblar. Burada iştirakçılar əvvəlcə partiyanın keçdiyi fəaliyyət yolunu özündə əks etdirən sənədli filmi izləyiblər.
Tədbiri giriş sözü ilə açan AVP sədri Fəzail Ağamalı partiyanın keçdiyi çətin və şərəfli yoldan bəhs edərək partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Ana Vətən Partiyası ölkədə baş verən ictimai-siyasi proseslərdə daim öndə olub və hər zaman öz iradəsini ortaya qoyub.
AVP sədri vurğulayıb ki, gələcəkdə partiya daha böyük uğurlar əldə edəcək və partiyanın hər bir üzvü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, eləcə də ölkənin inkişafında öz töhfələrini verəcək.
Yubiley tədbirinə həmçinin Böyük Qurtuluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev qatılıblar.
Mərasimdə səmərəli partiya fəaliyyəti nümayiş etdirmiş üzvlər Fəxri fərmanlarla təltif olunub.
Yubiley tədbirinin iştirakçılarına xatirə hədiyyələri paylanıb.
Г‡inarə Bəhərçinli,
AVP Ali Məclisinin üzvü, İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri

Şərh Yaz