Yeni nəşrlər: Ömürdən keçən yollar

Bu günlərdə redaksiyamızın kitab rəfində ünvan tapan kitab məhz belə adlanır. Kitabın müəllifi peşəkar jurnalist, uzun müddət rayonda çıxan “Zəhmətkeş”, “Cavanşir yurdu”, “Girdiman” qəzetlərində müxbir, şöbə müdiri işləmiş, Yerli Radio Verilişləri redaksiyasına rəhbərlik etmiş, nəhayət, “Girdiman” qəzetinə baş redaktor təyin olunmuş Xavər İsmayıllıdır (Abbasova).
Yeni nəşrlər: Ömürdən keçən yollar
Yaşlı və orta nəslin nümayəndələri olan ismayıllılar Xavər xanımın imzası ilə tanış, qələminin duzuna, gücünə, kəsərinə bələddirlər.
Kitab Azərbaycan qadınının ömür yoluna salınan işıq kimi səciyyələndirilir. Burada ailə-məişət qayğıları ilə yanaşı, müxtəlif peşə sahələrində ləyaqətlə çalışan qadınların həyat və yaradıcılığından söhbət açılır. Xanımlara töhfə kimi təqdim olunan bu kitabın bir toplu olduğunu nəzərə almaqla, qeyd etmək olar ki, müəllif üçün bu bir başlanğıcdır. Rayonumuzun işgüzar, adlı-sanlı, hörmətli qadınları haqqında neçə-neçə kitabın çapı hamımıza sevinc, qürur hissi bəxş edər. Bu yolda müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.
Kitabın az tirajla çap olunmasına baxmayaraq, maraqlananlar yəqin ki, onu əldə etməyə, oxumağa can atacaqlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz