Bərpadan sonra açılış

Bir neçə gün əvvəl rayonun Xanagah kəndində bərpadan sonra evlərə mavi yanacağın verilməsinə həsr edilmiş mərasim keçirilib.
Əlamətdar hadisə münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd sakinlərini ürəkdən təbrik edib, onlara daha firavan həyat arzulayıb, hər bir Azərbaycan vətəndaşına, eləcə də İsmayıllı əhalisinə göstərdiyi qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Açılışda iştirak edən “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı idarəsinin rəisi Elşən Rəhimov bildirib ki, kəndlərin qazlaşdırılması məsələsi ARDNŞ-nın qarşısına qoyulan ən mühüm məsələdir. Onun icra məsuliyyətini dərk edib işləyirik. Xanagah kəndinə qaz verilişinin bərpası üçün 9200 metr müxtəlif ölçülü borulardan ibarət kəmər və xətlər çəkilib. 186 abonent qazdan istifadə edəcək. Abonentlər üçün sayğaclar da quraşdırılıb.
Kəndin ağsaqqalları, ağbirçəkləri çıxış edərək tükənməz qayğıya, məişətlərinə gətirdiyi rahatlığa görə ölkə başçısına, Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Kənd ağsaqqalı qaz çəkilişinin fəal nümayəndəsi ilə birgə məşəli alovlandırıblar. Abonentlərə qazdan təhlükəsiz istifadə barədə məlumat verilib.
Yaşanan sevinc münasibəti ilə qurban kəsilib.
RİH-nin başçısı növbəti açılışların Sumağallı, İstisu, Г‡ayqovuşan və Qalacıq kəndlərində olacağını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz