Təbrik edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə Əməkdar müəllim fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Təbrik edirik
Fəxri ad alanlar sırasında Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbi-liseyin ingilis dili müəllimi Əhmədova Humay Əlövsət qızının da adı vardır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təbrik edirik
Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyev Dadaş Ağaməşədi oğlunun da adı təltif olunanlar sırasındadır.

Əhmədova Humay Əlövsət qızını və Əliyev Dadaş Ağaməşədi oğlunu yüksək mükafata layiq görülmələri münasibəti ilə təbrik edir, onlara oxucularımızın və rayon ictimaiyyətinin adından cansağlığı, şərəfli və məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz