Kargüzarlıq və etik davranış

Oktyabr ayının 10-da İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndə müavinlərinin seminar-müşavirəsi keçirilib
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov 2015-ci ilin 9 ayı ərzində İƏD-lər üzrə nümayəndəliklərdə kargüzarlıq və sənədləşmə işlərinin aparılması vəziyyəti barədə məlumat verib. Bir sıra nümayəndəliklərdə bu sahədəki işlərin qənaətbəxş olmasını vurğulayıb.
Kargüzarlıq və etik davranış
Mövzu ilə bağlı Talıstan kənd İƏD nümayəndəliyinin yaxşı işi qeyd edilib. R.Səmədov öz iş təcrübəsi barədə məlumat vermək üçün sözü RİH başçısının Talıstan kənd İƏD nümayəndəsinin müavini Nazir Qasımova verib. N.Qasımov nümayəndəliyin işinə verilən dəyərə görə minnətdarlıq edib və nümayəndəliklərdə kargüzarlıq və sənədləşmə işlərinin aparılması qaydaları barədə təcrübəsindən danışıb.
Tədbirdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin əməli işdə tətbiqi ilə bağlı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Vüqar Muradəliyev çıxış edib.
Seminar-müşavirənin iştirakçılarına hər iki məsələdən irəli gələn tələblərin icrasına ciddi əməl olunması tövsiyə olunub.
Yekunda cari məsələlər müzakirə olunub.
Ehtiram Manafov

Şərh Yaz