Mirdaməd Sadıqov – 65 Bütün İsmayıllı onun işığına yığışıb, istisinə qızınıb…

İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayona rəhbərlikdən daha çox ağsaqqallıq edir.

Hər bir xalqın, millətin, elin, obanın…. şöhrətli, hörmətli və qeyrətli kişiləri, mərd oğulları var. Elə buna görə də “Elin mərdi olsa, dərdi olmaz”, – deyib atalarımız. Г‡ünki xalq müharibə ilə, fəlakətlərlə, çətinliklərlə, yaxud da çörəklə imtahana çəkiləndə, kimsə dara düşəndə, faciələrlə üzləşəndə həmin qeyrətli kişilər, mərd oğullar özlərini irəli verir, xalqa kömək əlini uzadır, xalqa maddi və mənəvi dayaq olur, elin sevincinə sevinir, kədəri ilə də kədərlənirlər. Mən ömrümdə soraqladığım, axtardığım, ömür yolları ilə maraqlandığım belə oğullar çox olub. Hansı düşüncə və arzu ilə yaşadıqlarını, bu dünyada nə kimi izlər qoyacaqlarını eşidəndə ürəyim dağa dönüb. İstəmişəm ki, onları öyrənim. Onların varlığına həmişə sevinmişəm.
Həyatda bu gün pozulmaz izlər qoyan, xidmət etdiyi xalqın, camaatın yaddaşına hələ sağlığında hopan, haqqında ürəklə, fəxrlə söz açılan dağ vüqarlı, polad iradəli kişilərdən, mərd oğullardan biri də Mirdaməd Mirsadıq oğlu Sadıqovdur. Bu günlərdə Mirdaməd müəllimin 65 yaşı tamam oldu. Düzü, həmin günlərdə şəhərdə deyildim deyə yubilyarı təbrik edə bilmədim. Təzəcə qayıtmışam iş yerimə. Gec də olsa, əlimə qələmi götürüb Mirdaməd müəllimi olduğu kimi, gördüyüm və haqqında eşitdiyim kimi səciyyələndirməyə çalışacağam. Bilməyənlərə, tanımayanlara M.Sadıqovun tərcümeyi-halını təqdim edirəm.
Mirdaməd Sadıqov - 65   Bütün İsmayıllı onun işığına yığışıb, istisinə qızınıb...
İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci illərdə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinin maliyyə ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. O elə həmin ildə də İnstitutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabrından 1972-ci il 16 dekabradək kafedrada baş referatr, 1972-ci ildən 1977-ci ilə qədər laborant və baş laborant vəzifəsinə təyin edilib.
1977-ci il noyabrın 2-də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun komsomol komitəsinin katibi seçilib və 1982-ci il sentyabr ayının 10-dək bu vəzifədə çalışıb. 1973-cü ildən 1977-ci ilə qədər həmin institutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisadi elmlər namizədi adını alıb. Əməkdə fərqləndiyinə görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək rəşadətinə ” görə medalı ilə təltif olunub, 1981-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri fərmanına layiq görülüb.
1982-ci il sentyabrın 10-dan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Maliyyə-kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib və 1988-ci il iyulun 8-ə qədər qeyd olunan vəzifələrdə işləyib.
1988-ci il iyulun 8-dən Bakı Maliyyə-kredit texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci il aprelin 8-dən 1999-cu il iyulun 27-dək kollecin direktoru vəzifəsində çalışıb..
1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi”nin icraçı direktorudur.
1999-cu il iyulun 27-dən 2000-ci il mayın 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədilə 2000-ci il mayın 6-dan Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.
2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsindən YAP-ın Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. 2007-ci ildən 2008-ci il noyabrın 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyində Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.
2008-ci il noyabr ayının 21-dən ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
2 sentyabr 2010-cu ildə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar elm xadimi” fəxri adı verilib.
Ailəlidir 4 övladı var.
***
Bu günlərdə mən də 50-nin arxasını yerə vurdum. Ömrümdə mənim də başım çox əziyyətlər çəkib, gördüyümü görmüşəm. İstər rayon miqyasında fəaliyyət göstərərkən, istərsə də burada öz işimdə çalışarkən hər bir çətinliyi özüm dəf etmişəm, qarşıma sədd çəkənlərə, gözü götürməyənlərə onlardan fərqli olaraq mərdi-mərdanə, üzbəüz cavab vermişəm. Yazdıqlarımın bu mövzu ilə əlaqəsi odur ki, bir jurnalist kimi yaxşı kişilərdən, mərd oğullardan, qurub-yaradan insanlardan söz açmışam, amma sonradan ağzıgöyçəklərin tənəsinə tuş gəlmişəm. Г‡ünki gözləri nə məni götürüb, nə də haqqında yazdığım KİŞİni. Bugünkü qəhrəmanım Mirdaməd müəllim də o KİŞİlərdəndir ki, rayona gəldiyi günlərdən bu yana özünün ziyalılığı, alicənablığı, humanistliyi, zəhmətkeşliyi, səmimiliyi ilə camaatın dərin hörmətini qazanıb. Elə, obaya can yandırır, hər bir işə canyanğısı ilə yanaşır. Dünyanın başqa-başqa ölkələrinə səpələnmiş eloğlularımızı cəmləşdirməyə can atır. Mirdaməd müəllim o KİŞİlərdəndir ki, qurub-yaradan, doğma yurd üçün nəsə etmək iqtidarında olan ismayıllıları İsmayıllı ətrafına toplamağı düşünür. Və mən də bu gün belə bir KİŞİ haqqında yazmaqda israrlıyam, bir daha özümün haqlı, doğru yolda olduğumu nümayiş etdirmək qənaətindəyəm.
Mənim sevimli müəllimim, atamın az qala 70 illik dostu Miryavər Hüseynov (o, eyni zamanda M.Sadıqovla da möhkəm dostdur) telefonla zəng edib xatırladanda ki, M.Sadıqovun yubileyidir, onun haqqında nəsə yazmaq lazımdır. Miryavər müəllimə bildirdim ki, yazacağam, özü də ürəkləri odlayan, tikan çıxaracaq bir yazı olacaq. Və vədimə əməl edirəm.
***
50 illik ömrümdə özümə görə çox rəhbər görmüşəm. Amma Mirdaməd müəllim o rəhbərlərə bənzəmir. O mənada ki M.Sadıqov yerli kadr kimi bu gün İsmayıllıya daha çox can yandırır. İsmayıllının həqiqi oğlu olduğunu sübut etmək istəyir. Bu sözlərimi bəlkə də bir çoxu boğazdan yuxarı söz, fikir kimi yoza bilər. Amma bu, vallah, bir həqiqətdir ki, bu gün Mirdaməd müəllim çox çətin bir dövrdə İsmayıllıya başçılıq etmək kimi çətin, ağır və məsuliyyətli bir yükün altına çiyinlərini dirəyib. Bir neçə il əvvəl İsmayıllıda ictimai-siyasi vəziyyət gərginləşəndə, əsəblər tarıma çəkiləndə rayonun səsinə ilk səs verənlərdən oldu. Elimizə ağsaqqallıq eləmək üçün ölkə Prezidenti məhz Mirdaməd müəllimi seçdi, deyim ki, düzgün də seçimdir.
Mirdaməd müəllimdən öyrəniləsi şeylər çoxdur. O, sözün əsl mənasında, parlayan bir Günəşdir. Elə bir Günəş ki, həmin gərgin dövrlərdən sonra bütün İsmayıllı onun işığına yığışıb, istisinə qızınıb…
Mirdaməd müəllimlə cəmi 3 dəfə üzbəüz gəlmişəm. İlk dəfə rayona başçı gəldiyi gündən az sonra Bakıda yaşayan bütün ismayıllılarla görüşündə hamımıza üz tutdu, müraciət etdi, hər birimizdən kömək istədi. Bu tədbirdən sonra hər birimizlə təkbətək, əl-ələ görüşdü, bir daha səmimiliyini ortaya qoydu. İkinci görüşümüz Basqal qəsəbəsinə yaxın ərazidə MM-in deputatı, hörmətli ziyalımız Novruz Aslanov Ramazan ayında iftar süfrəsi açarkən həmin yerə təşrif buyurarkən oldu. Burada da özünəməxsus formada hamımızla görüşdü. Deyim ki, hamı Mirdaməd müəllimin KİŞİ jestindən razı qaldı. Üçüncü görüşümüz isə onun dostu, sadə kənd ziyalısı, istedadlı yazar M.Hüseynovun “Basqal və basqallılar” kitabının rayonda təqdimatı zamanı oldu. Orada da yaxınlaşıb əlbəəl görüşdük, çoxdanın dostları kimi. Bu səmimiyyət içdən gəlir, onun daxili mədəniyyətinin bariz nümunəsidir.
Bir neçə ildir M.Sadıqov İsmayıllı RİH-nin başçısıdır. Bakıda fəaliyyət göstərən saytlar, qəzetlər rayonumuzla bağlı faktları araşdırmadan, icra hakimiyyətinin gördükləri təqdirəlayiq işləri görməməzliyə vuraraq ağıllarına və ağızlarına gələn hədyan və böhtanları yazır, Mirdaməd müəllimin ünvanına çamurlar atır. Bu yazını hazırlayanda gözlərim təsadüfən həmin saytların materiallarına sataşdı. Və istər-istəməz fikirləşdim: İnsan nə qədər korafəhm olar ki, belə quruculuğu, inkişafı görməsin? İlahi, Mirdaməd müəllim daha nələri etməlidir ki, ağzıboşlar, ağlıboşlar ondan razı olsunlar. Əslində, Mirdaməd müəllim elədiklərini heç də gözə soxmağı xoşlamır, özünü reklam etdirməyi sevmir və buna ehtiyacı da yoxdur. Belə bir ziyalını ölkə Prezidenti İlham Əliyev məsləhət görübsə, deməli, həmin ağzıgöyçəklər Prezidentə, Prezidentin təyinatına qarşı çıxırlar.
Bu sətirləri yazarkən qələm dostum, “Fakt.info” saytının rəhbəri Fuad bəyin fikirləri yadıma düşdü:
– “Bəzi media orqanları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısını tənqid edərkən hissə qapılırlar. Ən azı Mirdaməd Sadıqov barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, professorun hədəf seçilməsi götür-qoylarla nəzərə alınmır. Mirdaməd Sadıqov kimdir, hansı suallara cavab verir, o nədən təhsil sistemindən uzaqlaşdırılaraq İsmayıllı rayonuna icra başçısı göndərildi, kimi əmsallar peşəkarcasına aparılan paralellərdən sonra qeyd olunmur. Bu suallara jurnalistlərin yerinə cavab verib, pərdəni və həmkarlarımızla aramızda olan məsafəni aradan götürmək, onları pis vəziyyətdə qoymaq istəmirik. Amma–¦ Amma sözünü boşuna işlətmirik. Г‡ünki, bəzi sayt və qəzetlər də nəzərə almalıdır ki, İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov barəsində tənqid yazarkən şayiələri xəbərə çevirməsinlər, faktlara əsaslansınlar. Ən azı yazılarında qəti imkan tədbiri seçib özlərini çətin duruma salmasınlar. Г‡ünki, İsmayıllı rayonunda orta sahibkarlıq inkişaf etdirilir, rayon icra hakimiyyətinin imkanları daxilində sahibkarlara ən yüksək səviyyədə köməklik edilir. Rayon vətəndaşları qəbul günləri qəbul edilir, problemləri dinlənilir. Kənd icra nümayəndələri yerlərdə insanlarla hörmətlə davranır. Bu kimi onlarla halın haradan qaynaqlandığını düşünmək yetərlidir. Mirdaməd Sadıqovun mədəni səviyyəsi nəfsindən irəli gələn bütün məsələləri üstələyir. O, sahibkarlıq subyektlərini incitmir, narahatçılıq yaratmır, hər hansı bir MMC-si yoxdur. Belə olan halda nədən ondan tənqid yazılır, ictimaiyyətdə sonradan özünü doğrultmayan fikirlər ortaya qoyulur, tənqid ucuzlaşdırılır?!”
Bəli. Mirdaməd müəllimdən canında, qanında, ruhunda xeyirxahlıq, kişilik, mərdlik, qorxmazlıq, cəsurluq, zəhmətsevərlik kimi xüsusiyyətlərin toplumu var. Əslində, M.Sadıqov o xüsusiyyətlərin rəmzinə çevrilib. Onun yaşadığı ömür bir kitaba bənzəyir. Elə bir kitab ki, Mirdaməd müəllimin timsalında burada işıqlı, mənalı, xeyirxahlıq vərəqlərini oxumaq istəyirsən. Əziz oxucularımız! Bu yazıda çox mətləbə toxuna bilərdim. İsmayıllı rayonunun Lahıc qəsəbəsində dünyaya gəlmiş, bu gün isə İsmayıllı kimi qəliz, mürəkkəb bir rayona rəhbərlik edən el ağsaqqalından – Mirdaməd Mirsadıq oğlu Sadıqovdan, 65 illik ömründən qısa fraqmentlərlə olsa da, bəhs etmək istədim, daim xeyirxahlıqla, işıqlı, mənalı yaşanmış ömrə güzgü tutmaq istədim. Amma bilmədim necə alındı. Kiçicik bir yazıda nəhəng işlərdən, böyük məqsədyönlü fəaliyyətdən bəhs etmək doğrudan da çətindir. Sizi necə tanış etdim, haqqında hansı fikirləri ifadə edə bildim, özüm bilmirəm, bunu sizin ixtiyarına buraxıram. Amma bildiyim və qəbul etdiyim bir həqiqət var: 65 illik ömrünü şərəflə, kişi kimi bu gün də yaşayan Mirdaməd Sadıqov həqiqətən İsmayıllı üçün doğulub, onun quruculuğu, abadlığı, çiçəklənməsi, hərtərəfli tərəqqisi, inkişafı üçün doğulub. Allah onu İsmayıllının nicatı üçün göndərib.
Və sonda yubilyara özümün və 85 yaşlı atamın adından üzümü tutub demək istəyirəm:
– İsmayıllı üçün az müddətdə gördüyünüz işlər hamımızın ürəyincədir. Üzümüz həmişə gülür. Sevinirik, daim sevinəcəyik. Г‡ünki heç zaman Basqalda olmayan bir işi hörmətli deputatımız Novruz Aslanovla birlikdə görməklə – qədim qəsəbəyə qaz çəkilişini təmin etməklə bu qədim yurdun camaatına öz müjdənizi verdiniz. Bu möhtəşəm işin görülməsi, tez bir zamanda başa çatdırılması, Sizin basqallılara ən böyük mükafatınızdır.
Üzünüzdən sevinc əskik olmasın. Tanrı Sizi və İsmayıllımızı qorusun. Yubileyiniz mübarək olsun, Mirdaməd müəllim!
Basqal ziyalıları adından:
Daşdəmir Əjdəroğlu

Şərh Yaz