Mikayılov Mayıl Nüsrət oğlu

Rayon ictimaiyyətinə, icra strukturuna ağır itki üz vermişdir. Uzun illər riyaziyyat müəllimi, məktəb direktoru, kənd sovet sədri və Tağlabiyan inzibati ərazi nümayəndəsi işləmiş Mayıl Mikayılov vəfat etmişdir.
Mikayılov Mayıl Nüsrət oğlu
O, 1952-ci il mart ayının 25-də Tağlabiyan kəndində anadan olmuş, orta təhsilini başa vurduqdan sonra Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə daxil olmuş, 1973-cü ildə təhsilini başa çatdıraraq doğulduğu kəndə işləməyə gəlmişdir. 1980-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olmuş, həmin ildə Tağlabiyan kənd Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. 1991-ci ildə həmin icra strukturunda dəyişiklik aparıldığına görə Mayıl Mikayılov İcra Hakimiyyəti başçısının Tağlabiyan inzibati ərazi dairəsi üzrə nümayəndəsi seçilmişdir.
35 il kənd icra orqanına rəhbərlik edən Mayıl Nüsrət oğlu işə məsuliyyətli münasibəti, qanunlara ciddi riayət etməsi, səmimiliyi əhatə etdiyi kəndlərin sakinlərinə nümunəvi xidməti ilə seçilmiş, fərqlənmişdir.
Kənd əhalisi, rayon İcra Hakimiyyəti Mayıl müəllimin nümunəvi işindən, dövlət qulluğundakı məsuliyyətli mövqeyindən həmişə razı qalmışdır.
Mayıl Mikayılov 29 mart 2015-ci il tarixdə öz xahişi işdən ilə çıxmış, dövlət qulluğunda çalışmasına xitam verilmişdir. O, bu hərəkəti ilə çoxlarına nümunə göstərmiş və gənclərə yol açmağı özünə borc bilmişdir.
Mayıl Mikayılov fəaliyyəti dövründə ictimai fəallığı, YAP üzvü olaraq düzgün mövqeyi ilə tanınmışdır.
Mayıl Mikayılovu tanıyanlar onun xatirəsini həmişə yaşadacaqlar.
Allah rəhmət eləsin.
İsmayıllı rayon İcra Hakimiyyəti.

Şərh Yaz