Həkim məsləhəti Kartofun faydaları

Kartof dünyada ən yayılmış və populyar tərəvəzdir. Kartofu Avropaya XVIII əsrdə gətirsələr də, əvvəllər burada onu yemirdilər. Fransız qadınları kartofun gülləri ilə saçlarını bəzəyirdilər, Almaniyada kartofu dekorativ bitki kimi yetişdirirdilər. Kartofun çiçəkləri bağları bəzəyirdi.
Həkim məsləhəti Kartofun faydaları
Hazırda süfrəmizi kartofsuz təsəvvür edə bilmirik. O, çox faydalı tərəvəzdir. Kartofun tərkibində C, B qrupu, P, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz və həmçinin vacib mikroelementlər – maqnezium, fosfor, kalsium, dəmir var. Kaliumun miqdarına görə tərəvəzlərin arasında kartof lider sayılır. Bu vacib element ürəyin və damarların normal fəaliyyəti üçün çox vacibdir. Məhz bu səbəbdən ürək xəstəlikləri olan insanlara həkimlər suda (qabıqlı) və ya sobada (yağsız, folqada) bişmiş kartof yeməyi tövsiyə edirlər.
Bundan əlavə, kartof qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. Kimyəvi gübrələr verilmədən yetişdirilmiş kartofun müalicəvi əhəmiyyəti daha yüksəkdir.
Sellüloz və pektin maddələri ilə zəngin olan kartof bağırsaqlar üçün çox xeyirlidir – bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Kartof nişastası əsasında bişirilmiş kisel bağırsaqları yaxşı təmizləyir, iltihabla mübarizə aparır, selikli qişanın bərpa olunmasına kömək edir.
Г‡iy kartofun şirəsi mədə və 12 barmaq bağırsağı xəstəlikləri zamanı çox yaxşı təbii müalicəvi vasitədir. Bundan əlavə, kartof şirəsi xroniki qəbizlik zamanı çox yaxşı müalicəvi effekt verir, qıcqırmanı yox edir.
Yaponiyada çiy kartofun şirəsini xərçəng əleyhinə vasitə kimi istifadə edirlər.
Kartof allergik reaksiyalar vermir və bu səbəbdən kiçik yaşlı uşaqların, allergiyaya meyilli insanların qidalanmasında geniş istifadə oluna bilər.
Г‡iy kartof dermatologiyada müxtəlif dəri xəstəliklərin (ekzema, dermatit və s.) müalicəsində istifadə olunur. Problemli dəriyə qalın layla sürtgəcdən keçirilmiş çiy kartof və üzərinə pambıq parça qoyulur. Belə kompresləri davamlı etdikdə dəri təmizlənər və daha sağlam görünər.
Ümumilikdə, kartof dərinin vəziyyətini yaxşılaşdırır. Maskası dərini elastikləşdirir, hamarlayır, xırda qırışları yox edir. Bu maska üçün kartof az miqdarda suda bişirilir, əzilir, 1 yumurtanın sarısı, 1/2 limonun şirəsi və 1 çay qaşığı bal əlavə olunur. Maska yaxşı qarışdırılır və ilıq vəziyyətdə təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.
Kartof əllərin dərisinin vəziyyətini də yaxşılaşdırır, quruluq, qabıqvermə ilə mübarizə aparır. Kartofu az miqdarda suda bişirin, əzin, 2 xörək qaşığı süd əlavə edin, qarışdırın və bu püreyə əllərinizi salıb 20 dəqiqə saxlayın. Bir neçə belə prosedurdan sonra dərinin vəziyyəti xeyli yaxşılaşacaq.
Qırmızı kartof daha faydalı sayılır. Kartofda olan xeyirli maddələri saxlamaq üçün tərəvəzi az miqdarda suda bişirin.
Kartof qaranlıq yerdə saxlanılmalıdır. İşığın təsirindən kartof göyərir və cücərir. Belə kartofun tərkibində çoxlu miqdarda zəhərli maddə – solanin əmələ gəlir ki, bu maddə zəhərlənməyə səbəb ola bilər.
Mədəaltı vəzi ilə problemlər olan və şəkərli diabet xəstəliyinə meyilli olan insanlar kartofu daha az yeməlidir.
Şahmurad Şirəliyev,
Əməkdar həkim

Şərh Yaz