Kollektivin gündəlik işi

Hazırda dərnək üzvlərinin sayı 225 nəfər olan İsmayıllı Rayon Texniki Yaradıcılıq Mərkəzi 1993-cü ildən fəaliyyətə başlayıb. Ötən illər ərzində mərkəz uşaq və yeniyetmələrin “Əlavə təhsil”in müasir tələblərə uyğun təkmilləşdirilməsi sahəsində xeyli nəzərə çarpan iş görüb.
Kollektivin gündəlik işi
Mərkəzin pedaqoji kollektivi uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli təşkil etməyə çalışır, texniki fənlərə maraq oyatmaq, onların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına diqqət yetirir. Burada yeni texnologiyaların öyrədilməsi, əməyə məhəbbət ruhunda tərbiyə, estetik zövqün inkişafı, müxtəlif sənətlərə maraq və münasibətin aşılanması da başlıca məqsədlərdəndir. Nəticə etibarı ilə, uşaqların sağlam, yaradıcı, vətənpərvər insan kimi yetişməsi mərkəzin pedaqoji kollektivinin gündəlik işinə çevrilib.
Sevindirici haldır ki, buradakı dərnəklərdə hazırlanan mükəmməl əl işləri rayonun Heydər Əliyev Mərkəzində nümayiş etdirilir, bir sıra müsabiqələrdə münsifləri, sərgilərdə isə tamaşaçıları heyrətləndirir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz