Abituriyentlər mütəşşəkil qaydada imtahanlara yola salınıblar

Tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə daxil olmağa hazırlaşan 250 abituriyent I və IV qrupun imtahanlarında iştirak etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə avtobuslarla mütəşəkkil qaydada Göyçay şəhərində test imtahanlarına yola salınıb.Abituriyentlər mütəşşəkil qaydada imtahanlara yola salınıblar
Yolasalınma mərasimində iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini, humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək abituriyentlərə uğurlar arzulayıb. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tələbə adını qazanmağa çalışan gənclərə xoş arzularını çatdırıb, son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə ötən il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstərib. Tələbə adınıqazanan 21 gənc 600-dən yuxarı bal toplayıb.
Abituriyentlər mütəşşəkil qaydada imtahanlara yola salınıblar
Abituriyentlər mütəşşəkil qaydada imtahanlara yola salınıblar
Abituriyentlər mütəşşəkil qaydada imtahanlara yola salınıblar
Bunlar ölkə başçısının təhsilə göstərdiyi tükənməz qayğısı və ardıcıl diqqətinin nəticəsi olaraq qəbul edilməlidir. Dövlət qayğısına görə valideyinlər ölkə başçısına minnətdarlıq ediblər.
II və III ixtisas qrupları üzrə növbəti yolasalma mərasimi isə iyul ayının 24-nə təsadüf edib. Yola salınan abituriyentlərə uğurlar arzulanıb.
Altay Ağayev

Şərh Yaz