Qadın və müasirlik

22 iyul 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qadın və Müasir Dünya” Mərkəzi tərəfindən rayonun Tarix-Diyarşünaslıq Muzeyində 40 nəfərin iştirakı ilə seminar keçirib. Seminarı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açıb. Qadın və müasirlik
Mərkəzin direktoru Südabə Şirəliyeva və təlimçisi Sevda Məmmədova müasir dövrün qadınlarının cəmiyyətdə rolundan, onların üzərinə düşən vəzifələrdən, Azərbaycan qadınlarının bu sahədə əldə etdikləri uğurlardan danışıblar.
Müxtəlif idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi seminarın keçirilməsində məqsəd son illərdə regionlarda yaşayan sahibkar qadınların demokratik cəmiyyət quruculuğunda və ictimai həyatda fəallığı üçün şəraitin yaradılması yollarının araşdırılması olub.
Əsli Süleymanzadə

Şərh Yaz