Yaddas kitabcasi

Təhsilə həsr olunmuş Şura iclası

İyul ayının 4-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası geniş müşavirə formasında keçirildi. Təhsilə həsr olunmuş Şura iclasıŞura iclasında müzakirə olunan məsələ rayonun ümumtəhsil məktəblərində 2015-2016-cı dərs ilinə hazırlıq vəziyyəti, mövcud durum və qarşıda duran vəzifələrə həsr olunmuşdu. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Təhsil Nazirliyinin əməkdaşı Aydın Əhmədov, Şuranın üzvləri, ümumtəhsil məktəblərinin direktorları, uşaq bağçalarının müdirləri, məktəblərlə qarşılıqlı əlaqədə işləyən idarə, müəssisə rəhbərləri, bələdiyyə sədrləri və İƏD üzrə nümayəndələr iştirak edirdilər.
RİH başçısı Mirdaməd Sadıqov ümumtəhsil məktəblərində 2015-2016-cı dərs ilinə hazırlıq vəziyyəti, mövcud durum və qarşıda duran vəzifələrlə bağlı giriş nitqi söylədi. Nitqində tənqidi fikirlərə xüsusi yer ayıran başçı qeyd etdi ki, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində əsaslı dönüş yaratmaq üçün obyektiv təhlillər əsasında pedaqoji kadrların hazırlığını və məktəb direktorlarının, bağça müdirlərinin keyfiyyət tərkibini yaxşılaşdırmaq, kadr islahatları aparmaq, bacarıqlı gənc mütəxəssisləri irəli çəkmək lazımdır.
İclasda məruzə ilə çıxış edən RİH başçısının müavini Sevil Əhmədova qeyd etdi ki, rayon İcra Hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, ərazidəki məktəb, bələdiyyə və İƏD üzrə nümayəndəliklər bir-birinə istinad edərək, qarşılıqlı anlaşma şəraitində işləsinlər. Məktəblərin problemlərinin həllində bələdiyyə və icra nümayəndələrinin yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Xüsusilə, bələdiyyə qurumları təhsil müəssisələrinə daha yaxından köməklik göstərməli, onun problemlərinin həllində iştirakçı olmalıdır.
Şura iclasında o da qeyd edildi ki, uşaq bağçalarının şəbəkəsi genişlənməli, mövcud bağçalarda ciddi kadr islahatları aparılmalı, maliyyə nəzarəti gücləndirilməlidir. Kiçik yaşlı uşaqların bağça tərbiyəsindən keçərək məktəbə gəlməsi üçün rayon təhsil şöbəsi İƏD-lər üzrə nümayəndələr, bələdiyyələr şərait yaratmalıdırlar.

Şərh Yaz