Yaddas kitabcasi

Bunlar hələ başlanğıcdır

Bakı Olimpiya Stadionunda Bakı-2015 ilk Avropa Oyunlarının bağlanış mərasimi keçirilir.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər rəsmi şəxslər iştirak edirlər.
Bunlar hələ başlanğıcdırİyunun 12-də başlayan Bakı-2015 Birinci Avropa Oyunları bu axşam başa çatıb. Oyunlar çərçivəsində idmanın 20 növü üzrə yarışlar keçirilib: 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündə. Yarışlarda 6 min idmançı iştirak edib.
Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.
Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Prezidenti İlham Əliyevi, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.
Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edir.
Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və qaldırılır. Bu məqamda idmançılarımızın ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 21 dəfə yüksəyə ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayırıq.
Tamaşaçılar “Bakı-2015”-in iştirakçılarını –“51 ölkənin nümayəndələrini alqışlayırlar…
Bağlanış mərasimini izləmək üçün rayonunUşaq Əyləncə və İstirahət Mərkəzinə toplaşan ismayıllılar böyük coşqu və qürur hissi ilə Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramını dinlədikdən sonra burada qurulmuş monitorda gördüklərini alqışlayır, bayram əhval-ruhiyyəsi yaşadıqlarını nümayiş etdirirlər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da rayon ictimaiyyəti –“ gənclər, məktəblilər, uşaqlar, idarə və müəssisələrdə çalışanlarla bərabər bu möhtəşəm tədbiri izləyir. Hamının üzündən xoşbəxtlik, kifayət qədər güclü və qüdrətli bir ölkənin vətəndaşı olmaq sevinci oxunur. Hər kəs bir daha əmin olur ki, Azərbaycan dünyanın ən tanınmış, inkişaf etmiş ölkələrindən biridir. Bu fikri təkcə I Avropa Oyunlarının təşkili və keçirilməsi deyil, həm də bu möhtəşəm yarışda Azərbaycanın güclü idman ölkəsi olması ilə də diqqətə çatdırmaq olar.
Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılışı, keçirilməsi və bağlanışı ölkəmizi təkcə Avropaya deyil, bütün dünyaya tanıtdırdı və sevdirdi. Г‡oxsaylı turistlərin kütləvi informasiya vasitələri üçün böyük heyrət içində verdikləri müsahibələrdən də dediklərimizi aydın şəkildə gördük və eşitdik.
24 yaşlı bir ölkə üçün bunlar hələ başlanğıcdır.

Şərh Yaz