Uğurlarınız bol olsun

Bilik və müdriklik insan üçün zinətdir. Yüksək ali savada malik olan insan hər zaman biliyi və müdrikliyi ilə insanlara xeyir gətirmək istəyir və buna əksər hallarda nail olur. Həyatda o insan xoşbəxtdir ki, sənəti, bilik və bacarığı ilə ətrafdakıların qəlbinə yol tapmağı bacarır.Uğurlarınız bol olsun
2014-2015-ci tədris ilinin son günlərində məktəbimizin 10-cu sinif şagirdi Zeynəb İsayeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən respublika məktəbliləri arasında keçirilmiş “Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu Azərbaycan gəncləri üçün parlaq həyat nümunəsidir” nominasiyası üzrə keçirilən inşa müsabiqəsinin qalibi olaraq müəllimlərinin, məktəbli dostlarının yaddaşında unudulmaz iz qoydu.
Qazandığı uğurun nəticəsində Zeynəb Diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Bir neçə gün əvvəl Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov Zeynəbin böyük nailiyyətini ona 200 manat pul mükafatı verməklə dəyərləndirdi.
Bu cür mükafatlandırmalar şagirdlər üçün bir stimuldur. Zəhmətinin real nəticəsini görən şagirdlər gələcəkdə bu kimi müsabiqələrdə iştirak etməyə və uğurlu nəticələr qazanmağa səy göstərəcəklər. Qoy bu yolda onların uğuru bol olsun.
Şagirdlərə nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində göstərilən dəstəyə görə hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Gülçöhrə Fərəcova,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz