Beynəlxalq musiqi festivalında

Parisin ətrafındakı Sen-Klu yaşayış qəsəbəsinin milli parkında “Dünyanın rəngləri” adlı ikinci musiqi festivalı keçirilib. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Boliviya, Argentina və digər ölkələr də təmsil olunub.Beynəlxalq musiqi festivalındaBeynəlxalq musiqi festivalında
Beynəlxalq musiqi festivalında
Fransanın musiqi həvəskarları gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğamlarımızı və Azərbaycan xalq mahnılarını dinləyiblər. Xanəndəni Əməkdar artistlər Elşən (tar) və Malik Mənsurov (kamança) qardaşları müşayiət ediblər.
Tamaşaçılar Azərbaycan muğamlarına və xalq mahnılarına böyük maraqla qulaq asıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz