Qarabağ – göz bəbəyim

Düşmən tapdağında qoymarıq səni,
Kafir caynağında qoymarıq səni,
Həsrətin qoynunda qoymarıq səni,
Müqəddəs andımız sənsən, Qarabağ!
Dünyada nə qədər ölkələr var. Hər xalqa, hər kəsə öz ölkəsi, öz Vətəni əzizdir. Mən də öz Vətənimə – Odlar yurdu Azərbaycanıma bağlıyam, onunla nəfəs alıram, onunla yaşayıram.
Г‡ünki adi bir torpaq parçası deyil mənim Vətənim.
Ulu Tanrı heç nəyi əsirgəməyib mənim Vətənimdən – Vətənimin gözəl guşəsi olan Qarabağdan! Başı qarlı dağları, səfalı yaylaqları, bərəkətli düzləri, ucsuz-bucaqsız çölləri, qışlaqları, gül-çiçəkli çəmənləri, buz bulaqları olan Qarabağ !
Tarixi yüz min illərlə hesablanır bu məkanın! Yaşı burada ömür sürmüş Azıx adamının yaşı ilə ölçülür. Qarabağ özünün yeraltı və yerüstü sərvətləri ilə tanınır. Elə bu səbəbdən də, yarandığı gündən bəri Azərbaycanın əzəli və əbədi bir parçası olan bu diyardan mənfur düşmənlərin pis niyyətləri əskik olmamışdır.
Dünyanın heç bir yerində rast gəlinməyən xarıbülbülün vətəni – Qarabağ! Qarabağda mədəniyyətin bütün sahələri – xalçaçılıq, musiqişünaslıq, memarlıq və digər sənət növləri yaranmış və inkişaf etmişdir. Qarabağ xalçaları öz şöhrətini bu günə qədər saxlamışdır. Şuşa şəhəri Azərbaycan təhsilinin, musiqisinin beşiyi, saz-söz sənətinin ocaqlarından biri olmuşdur. Qarabağın tarixini onun ərazisindən tapılan maddi-mədəniyyət nümunələri sübut edir. Qarabağın cins atları bütün dünyada məşhurdur.
Elə bu sərvətlərə görə ermənilər daima əsassız iddiaları ilə bu ərazini mənimsəməyə çalışmışlar və bu iddialar 1905-1906-cı illərdə silahlandırılmış ermənilər tərəfindən türk-azərbaycanlıların qırğını ilə nəticələndi. Həmin dövrdə silahlı erməni quldur dəstələri Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş, yüzlərlə kəndi, qəsəbəni, şəhəri dağıtmış və yandırmışlar.
Ermənilər sonrakı dövrlərdə də Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar və açıq separatçılıq əməllərini davam etdirirlər
Heydər Əliyev fondunun prezidenti, millət vəkili, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın sözləri ilə desək “ …Nə qədər ki, Şuşa erməni qoşunlarının işğalı altındadır, hər birimiz şuşalıyıq”.
Bu ildən məktəblərdə “Qarabağ tarixi“ fənni tədris olunur. Hər birimiz Qarabağın düşmənlərinə sinə gərən keçmişini, məğrur dayanan bu gününü, parlaq gələcəyini dərindən öyrənməyə çalışırıq.
Azərbaycan Respublikasını prezidenti İlham Əliyev demişdir: ”Dağlıq Qarabağ işğal altındadır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işlərimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik…”
Məktəbimizin məzunları olan E.Bayramov, R.Əhmədov, B.Əliyev, R.Salmanov, C.Fərzəliyev Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuşlar. Məktəbimizdə onların xatirəsinə həsr olunmuş guşə hazırlanıb və mütəmadi tədbirlər keçirilir.
Növbəti tədbirimiz isə may ayında keçirilmiş “Qarabağ tarixi” adlı açıq dərs oldu.
Açıq dərs V-IX siniflərin iştirakı ilə keçirildi. Bu dərsi məktəbin tarix müəllimi Nərminə Yusifova hazırlamışdı. Dərsdə multimediya vasitələrindən geniş istifadə olunurdu. Açıq dərsdə məktəbin direktoru A.Əzizov, tarix müəllimləri T.Cəbiyeva, A.Nəsirova, müəllimlərdən P.Məhərrəmova, R.Hacıyeva, G.Bağırova, F.Rüstəmova iştirak edirdilər. VIII sinif şagirdi Əbil Əbilovun hazırladığı təqdimat maraqla qarşılandı. Dərs “Qarabağ şikəstəsi” ilə sona çatdı.
Gültac Allahverdili,
Səbinə Rüstəmli,
E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin şagirdləri

Şərh Yaz