Uşaqlar hər gün müdafiə olunmalıdır

Günümüzə sevinc, saflıqları, sadəlikləri ilə gözəllik bəxş edən, həyatımıza günəş kimi doğan, ömrümüzün bəzəyi, gözlərimizin nuru olan uşaqlar bizim gələcəyimiz, sabahımızdılar. Gülər üzləri, şirin sözləri, saf baxışları, təmiz qəlbləri ilə hər kəsin ürəyinə yol tapan balalarımızın hər gün qayğıya, diqqətə ehtiyacları vardır. Kiçik yaşlarından gördükləri sevgi, məhəbbət onların gələcəkdə həyatlarında, bir şəxsiyyət kimi formalaşmalarına təsir edir. Bu qayğıdan Azərbaycan uşaqları da məhrum deyildir. Uşaqlar hər gün müdafiə olunmalıdırÖlkəmizdə cəmiyyətin gələcəyi olan uşaqların sağlam və təhlükəsizliyi üçün bir çox işlər həyata keçirilir.
“Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının borcudur” deyirdi Ulu öndər. Uşaqların yaxın dostu Heydər Əliyev həmişə onlara xüsusi diqqət və qayğı ilə yanaşmış, uşaqların təhsili, sağlamlığı, istirahəti naminə çox mühüm qərar və sərəncamlar imzalamışdır. Onun başladığı işləri şərəflə yerinə yetirən ölkə prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Azərbaycan respublikasının birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostudur. Mehriban Əliyeva “uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini əsas tutaraq çox sadə bir mərama söykənib. “Azərbaycan uşaqlarını bəxtəvər görək”.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd olunur.Uşaqlar hər gün müdafiə olunmalıdırİsmayıllı rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 1 iyun tarixində rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Uşaqlara açıq səma “adlı tədbir təşkil olunmuşdur. Məktəbəqədər təhsil müəssisələrinin uşaqları, ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri və Uşaq və Ailələrə Dəstək mərkəzinin təşkilatçılığı ilə qüsurlu uşaqların da iştirak etdikləri bu tədbir bir-birindən maraqlı çıxışları ilə izləyənləri valeh etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin metodik kabinetin müdiri Hümbət Əsədov, rayon Gənclər və İdman İdarəsinin müdiri Taleh Salehov iştirak edirdilər. Məktəbəqədər təhsil müəssisələrində təlim tərbiyə alan bir qrup uşağa Rayon Təhsil Şöbəsi tərəfindən “Məktəbəhazırlıq dövrünü müvəffəqiyyətlə başa vurduqlarına görə” Tərifnamə və hədiyyələr təqdim olundu. Daha sonra uşaqlar səmaya ağ şarlar və göyərçin uçurtmaqla aydın səmada yaşadıqlarına görə ölkə prezidenti cənab İlham Əliyeva təşəkküllərini bildirmiş oldular. Sonda iştirakçılar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün hazırlanmış tortu kəsərək çay süfrəsi arxasında bayramı qeyd etdilər.
Güllübəyim Lətifova,
RTŞ-nin metodisti

Şərh Yaz