Г‡örək müqəddəs nemətdir

Г‡örək istehsalında əsas xammal kimi un, duz, su, maya, əlavə xammal kimi isə şəkər, süd, yumurta, yağ, kişmiş, müxtəlif ədviyyatlar və sair istifadə olunur.
Orta yaşlı insan gündə 450 qram, ağır fiziki işlə məşğul olanlar 800qram çörək-bulka məmulatı yeməlidir. Г‡örək-bulka məmulatı unun növünə, xəmirin hazırlanması və bişirilmə üsuluna, resept və formasına görə qruplara bölünür.
Gündəlik tələbat mallarından olan çörəyin istehlakçılara keyfiyyətli şəkildə çatdırılmasında onun saxlanması, daşınması, qablaşdırılması və sair kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.
Г‡örəyin forması düzgün, qabığının rəngi buğda çörəyində qızılı sarıdan, açıq qəhvəyiyə qədər, çovdar və kəpəkli buğda çörəklərində açıqdan tünd qəhvəyiyə qədər olmalıdır. Kəsiyində qabığının qalınlığı 3-4 millimetrdən çox olmamalı, yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalı, daxilində un hissəcikləri olmamalıdır.
Г‡örək  müqəddəs nemətdirSatış obyektlərində çörək-bulka məmulatları təmiz, yaxşı havalandırılan və isidən, temperaturu 6 dərəcədən aşağı olmayan otaqda saxlanmalıdır. Bu məmulatların yaxşı və təzə qalması üçün onların üstü örtüklə örtülməlidir.
Г‡örək-bulka məmulatlarının yığılma qaydası və sıxlığı məhsulun xarici görünüşünün korlanmasına səbəb olmamalıdır. Bu məqsədlə məhsullar aşağıdakı qaydada yığılmalıdır:
-Qəlibli çörəklər yan-yana və ya alt üst;
-Döşəmə çörəkləri və bulka məmulatları bir cərgədə alt üst və ya yan qabığı üstə;
-Г‡əkisi 200 qrama qədər olan kiçik çəkili bulkalar alt qabığı üstə 1-2 cərgə;
-Yuxalar soyuyandan sonra 8-10 cərgə alt hissəsi üstə.
Г‡örək və çörək-bulka məmulatları ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən aşağıdakı müddətlərdə saxlanıla bilər:
*Milli çörək sobadan çıxarıldığı andan etibarən pərakəndə ticarət şəbəkələrində satıma müddəti 12 saat:
*Bütün növ buğda unundan bişirilmiş digər çörək məmulatları 24 saat;
*Kəpəkl, çovdar və yaxud onların qarışıqlarından bişirilmiş çörəklər 36 saat;
*Г‡əkisi 0,2 kiloqrama qədər olan bulka məmulatları 16 saat;
*Г‡əkisi 0,2 kiloqramdan çox olan bulka məmulatları 24 saat.
Saxlama müddəti ötmüş çörək-bulka məmulatlarının ticarət şəbəkələrinə qəbuluna və satışına yol verilmir. Г‡əki ilə satılan çörəklər bişdikdən 3 saat sonra, ədədlə satılanlar isə isti halda satışa buraxılır. Г‡örəyin saxlanma müddəti sobadan çıxan vaxtdan hesablanır.
Qüvvədə olan standartların, texniki şərtlərin tələblərinə uyğun gəlməyən, habelə düzgün saxlanmadığı üçün korlanan çörək və çörək-bulka məmulatlarının satışına yol verilmir.
Г‡örək məmulatları satılarkən mütləq polietilen və digər torbalara qoyulmalıdır. Özünəxidmət mağazaları alıcıların çörək-bulka məmulatlarını seçmələri üçün hərəsi 2 ədəddən az olmamaq şərti ilə metal maşalar və qaşıqlarla təmin olunmalıdır.
Alıcıların istəyi ilə çəkisi 0,4 kiloqram və daha çox olan çörək-bulka məhsulları (bükülmüş məhsullar istisna edilir) 2-4 bərabər hissələrə doğranaraq çəkilmədən satıla bilər.
Г‡örək və çörək-bulka məmulatlarını kəskin iyli məhsullarla (balıq, tütün məmulatları, sabun, ətriyyat və sair) bir yerdə saxlamaq qəti qadağandır.
Г‡örək  müqəddəs nemətdirBu məmulatların qalaq halında, otağın divarlarına bitişik, birbaşa yerdən yığılması və ya yerdən 35 santimetrdən az, ticarət zalında isə 60 santimetrdən az məsafədə yerləşən rəflərdə saxlanması yol verilməzdir.
Г‡örəyin səthi hamar, parılılı, yanmamış olmalıdır. İyi xoşagələn olmalı, acı və turş tamlı, çeynəndikcə xırçıltılı, kənar iy, kif və sair olmamalıdır.
Qablaşdırılmış çörəyin etiketində onun saxlanma müddəti göstərilməlidir. Qablaşdırılmamış çörəklərin saxlanma müddəti isə ticarət müəssisələrinin rəflərinin üzərində göstərilməlidir. Nəzərə alın ki, keyfiyyətsiz undan bişirilmiş çörək insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Unutmayın ki, sağlamlığınız öz əlinizdədir.
Xanlar Qənbərov,
GEM-nin direktoru

Şərh Yaz