Oqtay İsmayılli –“ 60

Oqtay İsmayıllı (Fərzəliyev Oqtay Baba oğlu) 10 iyun 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Hazırda Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir. Oqtay  İsmayılli –“ 60Oqtay İsmayıllı 1970-ci ildən rayon və respublika mətbuatında əsasən şeirlərlə çıxış edir. Şeirləri “Yaşıl budaqlar”, “Azərbaycan”, “Poeziya günü”, “Dağ çiçəkləri”, “Abşeron inciləri”, “XX əsr Şirvan şairləri” almanaxlarına salınıb. O, dərc olunmuş 50-dən artıq elmi-kütləvi məqalənin, daha 10-larla mədəni, ictimai-siyasi xarakterli yazının və 3 şeir kitabının müəllifidir.

YERİM BOŞ QALIB

İnsafı itirib, yolu azıbdır,
Gərdişdə nə ürək, nə də baş qalıb.
Doğrunu, yalanı ayıra bilmir;
Bir gözü kor olub, biri çaş qalıb.

Dünyanı elə bil yuxuda gördüm,
Ömrümü ümidlə, xəyalla hördüm.
Bütün fürsətləri mən fövtə verdim,
Əlimdə quruca altmış yaş qalıb.

Burda daim yeyir fərəhləri qəm,
Aparır dərd üstə bizi hər qədəm.
Məni bu dünyadan qovalar, gedəm,
Cənnətdə hələ də yerim boş qalıb.

QAYIDACAДћAM

Tezliklə ömrümün qışından keçib,
Təzədən yaz kimi qayıdacağam.
Gedib Ələsgərdən halallıq alıb,
Bu yurda saz kimi qayıdacağam.

Hər Novruz tonqalı alovlanan gün
Nura tutacağam mən də yer üzün.
Bəşər dərdlərini yandırmaq üçün
Ocağa köz kimi qayıdacağam.

Ölümü tutmayın heçlik ilə tən,
Ölümlə ömrümüz bitmir qətiyyən.
Dünyanın yarımçıq kitabına mən
Əbədi söz kimi qayıdacağam.

SAДћKƏN QAZAN

Г‡alış, sağkən cənnət qazan,
Hər yaranan öləcəksə.
Bədəni yox, ruhu qoru,
Ölüm mütləq gələcəksə.

Nəfs mülkündə yuva salma,
Başına hər hava salma.
Yerdən ötrü dava salma,
Məhşər yeri siləcəksə.

Cəhənnəmi alacaqdır,
Kim ki kinlə dolacaqdır.
Allaha yar olacaqdır,
İnsan eşqlə güləcəksə.

ADI BAŞQADIR

Ölüm də həyat kimidir,
Sadəcə, adı başqadır.
Nə ağrı-acısı qeyri,
Nə də ki dadı başqadır.

Fani nədir, baqi nədir?
Hər ikisi əslində –“ bir.
Sevinci bir az fərqlidir,
Bir az da dərdi başqadır.

Dünya binnət tapan gündə
Əbədi xəlq oldu bəndə.
Yaşayır sağ da, ölən də,
Amma ki yurdu başqadır.

ƏZRAYIL DUYUQ DÜŞMƏSƏ

Gur ocağam, heç sönmərəm,
Qurdalayıb, sel eşməsə.
Bir həkimə görünmərəm,
Ürəyimi dərd deşməsə.

Oldum daim sözlə sirdaş,
Bir də gördüm, ağarıb baş.
Eh, nədir ki bu altmış yaş,
Heç danışıb salma səsə.

El yolunda baş qoyaram,
Nə yükü var, daşıyaram.
Bir altmış da yaşayaram,
Əzrayıl duyuq düşməsə.

KÖГ‡ƏK DÜNYADAN

Görsən də milyon qış, milyon payız, yaz,
Yenə doymaz gözün çiçək dünyadan.
İlahi fərmandır, vədən çatdımı,
Əlini naləsiz sən çək dünyadan.

Lap gizlən torpağın yeddi qatında,
Bir gün süvarisən əcəl atında.
Sərçətək ölməyək ayaq altında,
Qartal uçuşuyla keçək dünyadan.

Tanrı sevgisinin barıdır insan,
Pakdırsa, Allahın yarıdır insan.
Cəhənnəm vəhmiylə niyə verək can?!
Cənnət inamıyla köçək dünyadan.

Şərh Yaz