Bayram şərəfinə yarış

12 iyun 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi İsmayıllı Olimpiya-İdman Kompileksində 15 İyun – Milli Qurtuluş Günü münasibətiylə, VKC karate idman növü üzrə rayon birinciliyi keçirib. Yarışda çıxış edən Gənclər və İdman İdarəsinin rəisi yarış iştirakçılarını bayram münasibətilə tebrik edib, onlara uğur arzulayıb. Hər çəki üzrə l-lll yeri tutan idmançılar idarənin diplomları ilə təltif edilib.
Müşfiq Abbasov

Şərh Yaz