Bölgədən paytaxta uğurlarla

Bölgədən paytaxta uğurlarla

Müstəqillik ən böyük sərvətdir

… Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin.

Bölgədən paytaxta uğurlarlaBölgədən paytaxta uğurlarla

Bölgədən paytaxta uğurlarla

Müstəqillik ən böyük sərvətdir

… Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin.

İsmayıllının turizm potensialı

–¦ İsmayıllının çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır.
Şamaxıdan Balakənə qədər bu böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir.
Gözəl otellər tikilir. İsmayıllının da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik.
Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, Dövlət Proqramında nəzərdə tutulub–¦

İsmayıllı diqqət mərkəzindədir

–¦Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri icra edilir. İçməli su, kanalizasiya layihəsi icra olunur, yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Kənd yollarının tikintisinə vəsait ayrılır. Sosial obyektlər tikilir–¦

Ali məqsəd

… Yetişən gənc nəsil ən yeni biliklərə yiyələnməklə yanaşı, dünyada baş verənlərdən də xəbərdar olmalıdır. Belə bir nəsil yetişdirmək üçün hər cür müasir avadanlıqla təchiz olunmuş məktəblər tikilib istifadəyə verilməlidir. İsmayıllıda istifadəyə verilən məktəblər məhz bu ali məqsədə xidmət edir.

Azərbaycan – sözünü deyən ölkə

–¦ Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir.
Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir.
Mən də çalışacağam–¦

–¦ Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcəkdir. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq.
İnkişaf sürətlə gedir

–¦Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Г‡ünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.

Əminəm ki…

… Əminəm ki, bundan sonra İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır, insanlar rahat yaşayacaqlar və öz işi ilə, öz zəhməti ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Şərh Yaz